?Ölkə? qəzetinin təsisçisi polis təzyiqi ilə üzləzib

img

14-09-2009 [04:02]


Sentyabrın 13-də ?Ölkə? qəzetinin təsisçisi Xəzər Teyyublu 90 FE 461 dövlət nömrə nişanlı ?Mersedes? markalı avtomobili ilə Qaradağ rayonunun Lökbatan qəsəbəsi yaxınlığında hərəkət edərkən, onun avtomobili 10 NX 258 dövlət nömrə nişanlı VAZ 2107 markalı avtomobil tərəfindən vurulub. Hadisəni törədən VAZ 2107 markalı maşının sürücüsü dərhal ərazini tərk edib. Sonradan X.Teyyublu həmin maşının sürücüsü ilə əlaqə saxlamağa müvəffəq olub. Özünü ?Yasamal Rayon Polis İdarəsində sahə müvəkkili işləyən Müşfiq Əfəndiyev? kimi təqdim edən mülki geyimli şəxs hərəkətinə bəraət qazandıraraq, ?əcəb eləmişəm, mən polisəm, bizə hər şey etmək olar? kimi fikirlər işlədib. Daha sonra isə Müşfiq Əfəndiyev X.Teyyublunu hədələməkdən belə çəkinməyib. Hadisə ilə bağlı ?Ölkə?nin apardığı araşdırma nəticəsində müəyyən edilib ki, kapitan rütbəsi daşıyan Müşfiq Əfəndiyev Yasamal rayon Polis İdarəsinin 28-ci polis bölməsində sahə müvəkkili işləyir. Qəzetin əməkdaşı adı çəkilən polis bölməsi ilə əlaqə saxlayaraq, həmin şəxslə baş verən insidentlə bağlı danışmaq istəsə də, bölmədən onun koordinatlarını verə bilməyəcəklərini bildirblər. ?Ölkə? qəzetinin baş redaktoru Rəfail Becanov baş verən hadisə ilə bağlı Daxili İşlər naziri Ramil Usubova müraciət ünvanlayıb. Müraciətdə belə hadisələrin polisin nüfuzuna xələl gətirdiyi vurğulanır. Baş redaktor nazirdən sözügedən olayın, eləcə də Müşfiq Əfəndiyevin polis zabiti adına xələl gətirən hərəkəti və vətəndaşa hədə-qorxu gəlməsi, qəzet təsisçisi ilə kobud davranışı ilə bağlı tədbir görülməsini xahiş edib. [b]qaynar.info[/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA