DSMF ?Məcburi dövlət sosial sığortası: gələcəyə qoyulan sərmayə? mövzusunda müsabiqə elan edib

img

14-09-2009 [02:33]


Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu ?2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı?nın 2.36-cı bəndinə (sığorta- pensiya sahəsində əhalinin maarifləndirilməsi məqsədi ilə kütləvi informasiya vasitələrindən istifadə olunmaqla müvafiq tədbirlərin görülməsi) uyğun olaraq ?Məcburi dövlət sosial sığortası: gələcəyə qoyulan sərmayə? mövzusunda müsabiqə elan edir. [b]Müsabiqənin şərtləri:[/b] ?Müsabiqəyə 15 sentyabr 2009-cu il tarixdən, 15 dekabr 2009-cu il tarixə kimi mətbuatda dərc olunmuş məcburi dövlət sosial sığortasının əhalinin sosial müdafiəsi sahəsindəki rolu, məcburi dövlət sosial sığortasında fərdi uçotun, pensiya sistemində sığorta prinsiplərinə keçidin əhəmiyyəti və bu mövzuda digər məsələlərin əksini tapdığı analitik məqalələr və televiziyada göstərilmiş telesüjetlər təqdim edilməlidir. ?Məqalələr 5 min işarədən, telesüjetlər isə 5 dəqiqədən (müsabiqə dövründə ayrı-ayrı vaxtlarda verilmiş və ümumilikdə 5 dəqiqədən az olmayan telesüjetlər də təqdim oluna bilər) az olmamalıdır. Məqalə və telesüjetlər 15 dekabr 2009-cu il tarixindən gec olmayaraq, hansı qəzet və jurnalda dərc olunduğu və televiziya kanalında nümayiş etdirilməsi (tarix və nömrəsi) göstərilməklə Komissiyaya təqdim edilməlidir. ?Müsabiqənin yekunlarına görə ən yaxşı məqalələrin və telesüjetlərin müəllifləri 2 nominasiya üzrə mükafatlandırılacaq: Qəzetdə çap olunmuş ən yaxşı məqalələr üzrə; 1-ci yer - 500 manat; 2-ci yer - 300 manat; 3-cü yer - 200 manat; Televiziya kanallarında verilmiş ən yaxşı telesüjet üzrə; 1-ci yer - 500 manat; 2-ci yer - 300 manat; 3-cü yer - 200 manat; Hər iki nominasiya üzrə ümumilikdə 10 həvəsləndirici mükafat- cəmi 500 manat məbləğində Qeyd edək ki, müsabiqəyə təqdim olunan yazıları qiymətləndirməkdən ötrü DSMF-nin aparıcı mütəxəssislərindən ibarət Komissiya yaradılıb. Komissiyaya DSMF-nin sədr müavini Elman Mehdiyev rəhbərlik edir. Müsabiqə komissiyası Ünvan: Bakı şəhəri, H.Zərdabi prospekti 80 Dövlət Sosial Müdafiə Fondu Əlaqə telefonu: 434-60-12

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA