Dövlət Dəstəyi Fondunun qərarı narazılığa səbəb olub; Mətbuat Şurasına alternativ qurum yaradılır

img

23-07-2009 [05:25]


?Dünən Milli Mətbuat günü ilə bağlı keçirilən tədbirdə Prezident yanında KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən bəzi mətbu orqanların 10 min manat məbləğində mükafatlandırılması, digər qəzetlərin isə bu siyahıdan kənarda saxlanıması ilə razı deyiləm. Hətta belə bir addımı jurnalistlərin aşağılanması kimi qiymətləndirirəm?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə ?Müxalifət? qəzetinin baş redaktoru Rövşən Kəbirli bəzi mətbu orqanlara verilən birdəfəlik yardıma münasibət bildirərkən deyib. Onun sözlərinə görə, bu mükafatları yalnız gündəlik çıxan qəzetlərə şamil etmək olmazdı: ?Çünki gündəlik qəzetlər öz paylarını alıb qırağa çəkiliblər. Nəzərə alsaq ki, bəzi qəzetləri çıxmaq şərti ilə, əksər qəzetlər dövlət tərəfindən dolayı yolla pul alırlar və ayrı-ayrı məmurların cibinə baxırlar. Həftəlik qəzetlərin və yaxud da illərlə jurnalistikada can qoyan insanların, bayram günü heç olmasa, cüzi məbləğdə mükafatlandırılmaması ədalətsizlik yox, onların rəsmən aşağılanmasıdır?. R.Kəbirli onu da bildirib ki, bu məsələyə biganə qalmaq fikrində deyil: ?Ona görə də redaktoru olduğum ?Müxalifət? qəzetinin Mətbuat Şurasının üzvülüyündən çıxarılmasını düşünürəm. Əksər fəaliyyət göstərən qəzetlərlə birgə alternativ qrum yaratmaq fikrindəyəm. Daha ədalətli, daha operativ bir qrum. Çünki Mətbuat Şurası hakimiyyətin nəzarətindədir. Hakimiyyət də istəyir ki, mətbuatı loyallaşdırsın. Bu loyallaşdırma istəyi isə Mətbuat Şurasına imkan verib ki, bəzi qəzetləri ?reket? adlandırsın. Mən bir qəzet rəhbəri olaraq, ?Müxalifət? qəzetinin bu Şurada təmsil olunmasını arzulamıram. İstəyirəm ki, jurnalistika sahəsində əməyi olan həftəlik qəzetlərin əməkdaşları ilə birgə alternativ qurum yaradaq. Əminəm ki, yaratmaq istədiyimiz qurum fərqli və jurnalistika sahəsinə kömək edə biləcək bir qurum olacaq. Bu ilk və qəti xəbərdarlıqdır. Artıq 30-a yaxın qəzetin Mətbuat Şurasından çıxması barəsində razılıq əldə olunub. Və yaxın günlərdə alternativ qurumun yaradılması barədə qəti addım atılacaq. O cümlədən Mətbuat Şurasının fəaliyyətizliyi və hökumətyönümlü mətbuata pul paylamaqla məşğul olan yeni fondun peşəkar mətbuata ögey münasibəti barədə Azərbaycan ictimaiyyətinə və beynəlxalq təşkilatlara məlumat veriləcək?. Müstəqil İnformasiya Agentliyinə açıqlama verən ?Xural? qəzetinin baş redaktoru Əvəz Zeynallı isə deyib ki, ötən il 25 KİV nümayəndələrinə 5000 (beş min) manat yardım olunmuşdursa, bu il bu rəqəm 39 çatıb və məbləğ 10000 (on min) manat civarındadır: ?Bu gün Azərbaycanda həqiqətən mövcud olan, çalışan, fəaliyyət göstərən və həqiqətən də müstəqil olan həftəlik qəzetlər diqqətdən kənarda qalıblar. Hakimiyyətin özünə yaxın və müxalifətə yaxın, yəni şəbəkələşmiş mətbu orqanlar mükafatlandırılıb. Biz bu qərarla heç bir halda razı deyilik. Bu bir ədalətsizlikdir. Çünki bu gün ölkədə KİV-lərin daxilində müstəqil, azad və heç bir siyasi qurumdan asılı olmayan, kiçik kollektivlər tərəfindən çıxarılan qəzetlər yalnız həftəlik qəzetlərdir. Həftəlik qəzetlərin mükafatlandırma siyahısından kənarda qalması isə acınacaqlı hal yaradır. Bu siyahıda mənim fikrimcə, müstəqil və həftəlik qəzetlər də olmalıdır?. Ə.Zeynallı onu da bildirdi ki, ömrünün 7-8 ilini Mətbuat Şurası ilə mübarizədə keçirib: ? Mən, ?Xural? qəzetinin baş redaktoru olaraq, Mətbuat Şurası ilə bütün müstəvilərdə mübarizə aparmışam və ?Xural? qəzeti Mətbuat Şurasının üzvü deyil. Amma Mətbuat Şurasından ayrılıb, bir qurum yaratmaq bizim üçün çox çətindir. Mən əksini hesab edirəm, Azərbaycanın digər qəzetləri də Mətbuat Şurasına daxil olmalıdır və mübarizə Mətbuat Şurasının daxilində getməlidir. Alternativ qurum yaratmaq üçün küllü miqdarda vəsait gərəkdir ki, bir neçə qəzet bir araya gələ bilsin və nəsə bir alternativ ortaya qoya bilsinlər. Mətbuat Şurasının bu icratlarının müqavilində 4-5 həftəlik qəzetləri bir araya gətirmək üçün illərlə əziyyət çəkmişəm. Lakin bir araya gətirə bilməmişəm. O baxımdan alternativləri bir az çətin hesab edirəm. Müzakirələrə qoşulmaq olar. Müzakirələr əsasında bildirmək olar ki, Mətbuat Şurası böyük ədalətizliyə yol verir. Görkəmli jurnalistlər Mətbuat Şurasında təmsil olunmur. Bir çox aparıcı və sanballı qəzetlər var ki, Mətbuat Şurasının sıralarında yoxdur. Yəni bunların hamısı əsas verir ki, bizim toplaşıb müzakirə aparaq. Mənim fikrimcə, məsələni müzakirə edib, nəticələr əldə etmək olar. Alternativlər həddindən artıq çətindir?. Baş redaktorların ittihamına Mətbuat Şurasının nümayəndəsi münasibət bildirmək istəmədi. Belə ki, Şuranın icraçı katibi Rəhim Hüseynzadə Müstəqil İnformasiya Agentliyinin əməkdaşı ilə söhbətində bu məsələni şərh etmək istəmədiyini deyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA