Tələbə problemlərinin KiV-də izıqlandırılması monitorinq olunacaq

img

21-07-2009 [05:06]


Azərbaycan Tələbələr Birliyi (ATB) sabahdan etibarən tələbə problemlərinin Kütləvi İnformasiya Vasitələrində (KİV) işıqlandırılmasının monitorinqini aparacaq. Monitorinqdə tələbə problemlərinə KİV-lərdə nə dərəcədə yer ayrılması, hansı mətbuat orqanının bu sahədə fərqlənməsi, elektron KİV-lərin tələbə problemlərinin işıqlandırılmasında çevikliyi, obyektivliyi və s. kimi məsələlər yer alacaqdır. Monitorinq prosesinə tələbələrin KİV-lərə münasibəti, tələbələrin KİV-lərin işində nə kimi rol oynaması, araşdırıcı tələbələrə KİV-lərdə yer ayrılıb-ayrılmaması və s. bu kimi məsələlər də daxildir. Xatırladaq ki, monitorinqdən sonra ATB konkret fəaliyyət planı hazırlayacaq və bu prosesdə fərqlənən KİV-ləri mükafatlandıracaq. Birliyin sədri Elvin Aslanovun verdiyi məlumata əsasən monitorinq prosesi 2 ay davam edəcək və sentyabr ayının sonunda nəticələri barədə ictimaiyyətə geniş məlumat veriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA