"Boynu yoğunlar indi villaları necə olacaq deyə, dərd edirlər" - Tanınmış muğam ifaçısı

img

12-01-2016 [12:21]


"Dolların bahalaşmasının, yaxud da ucuzlaşmasının mənə heç bir aidiyyəti yoxdur”.

Bunu əməkdar müəllim, tanınmış muğam ifaçısı Qəzənfər Abbasov deyib.

Muğam ifaçısı ölkədə baş verən proseslərə normal baxdığını deyib: "Dünyada baş verən proseslərdir, normal yanaşmaq lazımdır. Dünənə kimi gündə üç dəfə yeyirdim, bu gündən bir dəfə yeyərəm. Biz aclığa öyrəşmişik”.

Xanəndə düşünür ki, manatın ucuzlaşmasından yeməyi gündə artıq bişirib zibil qablarına tökənlər, çörəyi dəhlizlərə, küçələrə atanlar əziyyət çəkirlər: "Boynu yoğunlar canlarının hayına qalsınlar. Çünki dollarlarını qoymağa yer tapmırdılar. İndi isə evləri, villaları necə olacaq deyə, düşünüb özlərinə dərd edirlər”.

 AzNews.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA