İstanbulda "xərac" tələb edən kriminal şəxslər saxlanıldı

img

06-03-2026 [09:07]


İstanbulda "xərac" tələbinə yox deyən biznesmenlərin obyektlərini gülləbaran edərək onlardan təhdidlə "haqq" istəyən şəxslərə qarşı əməliyyat keçirilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbul polisi şəhərin dörd  rayonunda iş yeri sahiblərini təhdid edən 10 kriminal şəxsi saxlayıb.

Məlumata görə, əməliyyat planı ilə həmin şəxslər Bağcılar, Kartal, Bakırköy və Arnavutköy rayonlarında iş yeri sahiblərini təhdid edərək, onlardan "xərac toplamaq" istəyib: "Həmin 10 nəfər əvvəlcədən müəyyən edilmiş ünvanlarda eyni vaxtda keçirilən əməliyyatla qandallanıblar. İstintaq davam edir".

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA