İsrail və ABŞ-ın İrana hücumu: son 24 saatda nələr baş verdi?
06-03-2026 [08:53]
İsrail və ABŞ-ın İrana hücumları yeddinci gününə qədəm qoyub. 7-ci gündə İranın paytaxtı Tehrana hava hücumları şiddətlənib. İsrail ordusu Tehranda infrastruktur obyektlərinə qarşı genişmiqyaslı hücum dalğası başladıb. İran isə İsrailə qarşı hərbi əməliyyatlarını genişləndirərək səkkizinci raket hücumları dalğasını həyata keçirib.
Mia.az xarici mətbuata istinadla son 24 saatda baş verənlərin qısa xülasəsini təqdim edir:
İran dövlət televiziyasının məlumatına görə, son 24 saatda Tehrana fasilələrlə 8 hücum əməliyyatı ilə ağır zərbələr endirilib. Yerli media yazır ki, əvvəlcə paytaxtın şərq və qərb hissələrində təyyarə səsləri, ardınca isə şiddətli partlayışlar eşidilib. Xəbərdə hava hücumundan müdafiə sistemlərinin işə salındığı deyiləsə də, ABŞ-İsrail hava qüvvələrinin itkisi haqda hər hansı informasiya yoxdur.
Münaqişə bölgələrə yayılır
Münaqişələr bölgəyə yayıldıqca qonşu ölkələrdə də aktivlik müşahidə olunur. Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi Əl-Hərc əyaləti üzərində bir İran raketinin məhv edildiyini açıqlayıb. Ardınca Şahzadə Sultan Hava Bazasını hədəf alan üç ballistik raket də hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib.
Qətər Dohadakı Əl-Udeid hava bazasına İranın dron hücumunun da dəf olunduğunu, eyni zamanda, 13 raketin havada zərərsizləşdirildiyini açıqlayıb.
Küveytdə də raket və dron təhdidləri səbəbindən gecə boyu hava hücumu siqanlları verilib.
Bəhreyn İranın cavab hücumlarında bu günə qədər 78 raket və 129 dron zərərsizləşdirildiyini açıqlayıb.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) isə İran donanmasının dron daşıyıcı gəmisini vurub: "Gəmi aova bürünərək yararsız hala düşüb" Bu əməliyyatdan sonra ABŞ müdafiə naziri Pit Heqset İran donanmasının tamamilə məhv ediləcəyini bildirib.
Bu arada Birləşmiş Ərəb Əmirliklərinin İranın maliyyə şəbəkəsini məhdudlaşdırmaq üçün ölkədəki İran aktivlərini donduracağını bəyan edib.
İran isə dünən Naxçıvan hava limanı daxil olmaqla Azərbaycanın bu bölgəsinə 4 dron yönləndirib. Hava limanı və məktəb yaxınlığı vurulub. Rəsmi Bakı bu hadisədən sonra İrana çox sərt ultimatum verib. Prezident İlham Əliyev əks cavanb həmləsninn hazırlanması tapşırığı verib, İran rejiminin rəhbərliyini hədələyib.
Rəsmi Tehran isə Naxçıvana hücumu boynundan atmağa çalışaraq, faktın araşdırılacağını iddia edib.
SEPAH: "Uzunmüddətli savaşa hazırıq"
İran dövlət televiziyasının məlumatına görə, İran İnqilab Keşikçiləri Korpusunun sözçüsü Əli Məhəmməd Naini ABŞ və İsrailin İrana hücumları ilə bağlı açıqlama verib. O, qarşı tərəfin hər əməliyyat dalğasına ağır zərbələrlə qarşılıq veriləcəyini bildirib: "Təcavüzkarlar cəzalandırılana qədər uzunmüddətli müharibəyə hazırıq. Yeni İran silahlarını da görəcəklər, onlardan hələ geniş istifadə olunmur".
E.ARAZ
MİA.AZ
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir
“Çovdar nekropolu” kitabı ictimaiyyətə təqdim edilib
Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişib - DİM açıqladı
Baş nazir Əli Əsədov yeni əmr imzalayıb
"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub - FOTOLAR
Xocalının iki kəndinə növbəti köç olub
AFFA "Neftçi"ni cərimələyib
ABŞ-ın daha bir qırıcısı vuruldu - FOTOLAR
FİFA azərbaycanlı klub rəhbərini cəzalandırdı - Rusiyanın tələbi ilə
Pezeşkian İlham Əliyevə niyə zəng etmədi?
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır
Təl-Əvivdə partlayış sadası var - İtki yoxdur
Ceyhun Bayramov: "İrandan cavab gözləyirik"
"Pakistan dövləti və ordusu Azərbaycanın yanındadır" - Şahbaz Şərif İlham Əliyevə zəng edib
VI "Yüksəliş" müsabiqəsinə qeydiyyat başlayıb
Sabahın hava proqnozu açıqlandı
Universitet və kolleclərə sənəd qəbulu başa çatıb
Bakı, Sumqayıt və Abşeron sakinlərinin diqqətinə: pensiya köçürülüb
Leyla Əliyeva Bakı Xoreoqrafiya Akademiyasının qonağı olub
İsrail Livanda 7 şəhərə zərbə endirib
Sumqayıtda qətl: kişi özündən 18 yaş balaca arvadını öldürdü
İranın Şiraz şəhəri bombalanıb - 20 nəfər həlak olub
Regionda geosiyasi transformasiya və Türk dünyasının tarixi məsuliyyəti - Professor yazır
Bakı metrosunda daha bir qadın maşinist kimi fəaliyyətə başlayıb
Jurnalist Nicat Novruzoğlu vəfat edib
Bir nömrəli səfərbərlik nədir? - MN izah verdi
ABŞ İRANIN YERALTI BAZASINI VURDU - FOTO
Daha bir vəkil Vəkillər Kollegiyasından xaric edilib