Azərbaycan kuboku: "Sabah" penaltilərlə rəqibini devirdi, "Qarabağ"a rəqib oldu

img

05-03-2026 [21:01]


Azərbaycan kuboku uğrunda dörddə bir cavab oyunu çərçivəsində hazırda Qəbələdə rayonun eyniadlı komandası "Sabah"a qarşı mübarizə aparıb.

Mia.az xəbər verir ki, oyunun birinci hissəsində "Sabah" hesabda irəli çıxıb və ikinci hissədə rəqibin qapısından daha bir qol keçirib. Maraqlıdı ki, hər iki qolun müəllifi "Sabah"ın 27 nömrəli oyunçusu Timoteuş Puxaç olub.

Daha sonra "Qəbələ"nin qırmızı vərəqə alan 50 nömrəli oyunçusu Adriel Ba Louanın meydanı tərk etməsiylə region klubu 10 nəfərlik heyətlə mübarizəni davam etdirməli olub. 

Bəlkə də elə bu səbəbdən oyun tempini və əzmkarlığını itirən "Sabah" ikinci hissənin 88 və 90-cı dəqiqələrində qapısında 2 qol gördü. Oyunun sonunda hesabı bərabərləşdirən meydan sahibləri "Sabah"ı mütləq qələbədən məhrum edərək, oyunu uzatmalara apardı. 

Çox maraqlıdı ki, "Qəbələ"nin hər iki qolunun müəllifi 24 nömrəli İsmael Akinadedi. O, bu mövsümdə ilk qollarını vurub.

Uzatmalarda "Sabah" Coy Lens  Mikelsin köməyilə yenə önə çıxıb.

Əlavə edilən vaxtda "Qəbələ"   hesabı yenə bərabərləşdirdi: 3-3

120 dəqiqə bu hesabla başa çatdığından qaib penaltilərlə müəyyən olunub.

 Penaltilər seriyasında dəqiq olan "Sabah" 4:2 hesablı üstünlük əldə edərək, yarımfinalda "Qarabağ"a rəqib olub.

Yeri gəlmişkən, Azərbaycan kubokunun yarımfinal oyunları üzrə təyinatlar artıq verilib. "Zirə" "Turan-Tovuz"la qarşılaşacaq. "Qarabağ"ın rəqibi isə hazırkı oyunun qalibi olacaq.
Necə deyərlər, intriqa hələ yeni başlayır.

Zülfiyyə Mustafayeva 
Mia.az
Qəbələ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA