Yunus Oğuz Qırğızıstanda fəxri fərmanla təltif olunacaq - Açıqlama

img

06-01-2016 [17:50]


Yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuz Qırğızıstan Prezidenti yanında Dövlәt Dili Komissiyasının fәxri fәrmanı ilә tәltif olunacaq. 

Bu barədə VoicePress.az-a məlumat verən Qırğızıstanda fəaliyyət göstərən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun prezidenti Nüsrət Məmmədov bildirib ki, təltifetmə yazıçının müəllifi olduğu "Əmir Teymur” kitabının bu ölkədə təqdimat mərasimi zamanı baş tutacaq. 

Nüsrət Məmmədov bildirib ki, Prezident rezidensiyasında baş tutacaq tәqdimatda bu ölkədə fəaliyyət göstərən xarici ölkәlәrin sәfirlәri, Qırğızıstanın dövlәt nümayәndәlәri iştirak edәcәk: "Təqdimat mərasimində 10-a yaxın nazir, Qırğızıstan Respublikası Joqorku Keneşin (Parlamentin) spikeri vә deputatlarının iştirakı gözlәnilir”.

Qeyd edək ki, Yunus Oğuzun müəllifi olduğu "Əmir Teymur-dünyanın hakimi” və "Əmir Teymur-zirvəyə doğru” tarixi romanları Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun dəstəyi ilə qırğız dilinə tərcümə edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA