Nazir “Azdrama”ya yeni direktor təyin etdi

img

06-01-2016 [11:44]


Azərbaycan Akademik Milli Dram Teatrının direktoru vəzifəsinə yeni təyinat olub.

Mia.az apa-ya istinadən xəbər verir ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin əmri ilə Azərpaşa Nemət teatrın bədii rəhbəri və direktoru təyin olunub. İndiyə qədər Azərpaşa Nemət teatrın bədii rəhbəri və baş rejissoru vəzifəsində çalışıb.

Teatrın direktor müavini Natiq Güləhmədov isə sərəncamçı direktor təyin olunub.

Mədəniyyət və Turizm nazirinin müavini Ədalət Vəliyev yeni təyin olunan şəxsləri bu gün teatrın kollektivinə təqdim edib.

Qeyd edək ki, indiyədək teatrın direktoru olmuş İsrafil İsrafilovun müqaviləsinin müddəti yanvarın 5-də başa çatıb. Onunla müqavilənin müddəti uzadılmayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA