23-12-2015 [12:01]
Bu gün Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin «Azərbaycantelefilm» Yaradıcılıq Birliyinin kollektivi bəyanatla çıxış edib.
Bəyanatda deyilir:
«Son vaxtlar rejissor Şahəddin Eyvazov qəzet və saytlarda dəfələrlə məktub vasitəsilə ölkə başçısı, möhtərəm prezidentimiz İlham Əliyev cənablarına müraciət edərək, guya Azərbaycan televiziyasından qanunsuz çıxarıldığını iddia edir və yenidən işə bərpa olunmasında ona köməklik etməsini xahiş edir.
Əslində həqiqət tamam başqa cürdür.
Şahəddin Eyvazov 24 fevral 2010-cu il tarixində öz ərizəsi ilə işdən gedib. Onun öz əli ilə yazdığı ərizə Kadrlar və Xüsusi İşlər Departamentinin arxivində saxlanılır. Üstündən beş il keçdikdən sonra, Şahəddin Eyvazovun yenidən işə qəbul olunmaq istəyi həyata keçmədiyindən, iki gündən bir televiziya rəhbərliyinin, eləcə də «Azərbaycantelefilm»in direktorunun adlarını vaxtaşırı qəzet səhifələrində hallandırması onun iddialı hikkəsindən başqa bir şey deyildir.
Belə ki, Şahəddin Eyvazovun özünün yazdığı kimi, əgər doğrudan da o, özünü böyük rejissor hesab edirsə, nəyə görə bu illər ərzində özünə başqa telekanallarda iş tapa bilməyib? Bu gün ölkə teleməkanında onlarla televiziya kanalı fəaliyyət göstərir. Və bu kanalların hər biri öz işinin peşəkarını, xüsusilə də istedadlı rejissoru gündüz vaxtı çıraqla axtarır. Görünür, heç kəs özünün sinəsinə yalnız mətbuat səhifələrində «mən-mən» deyərək döyən bir rejissorla işləmək istəmir.
Şahəddin Eyvazov yazır ki, 200-dən çox filmi dublyaj edib. Əslində bu rəqəm şişirdilmişdir. Onun dublyaj etdiyi filmlərin sayı 50-dir. Özü də həmin bədii filmləri o, bu gün özünün düşməni hesab etdiyi Siyavuş Məmmədovun «Kinoproqram» redaksiyasında baş redaktor kimi fəaliyyət göstərdiyi dövrdə, onun Şahəddin Eyvazova yaratdığı şərait nəticəsində dublyaj etmişdir. Çox təəssüf ki, Şahəddin Eyvazov kimi iddiası ilə imkanı üst-üstə düşməyən insanlar, özləri-özlərinə problem yaradırlar və bu problemin səbəblərini isə başqalarında axtarırlar. Çox təəssüf!
Bu gün Azərbaycan televiziyasında yaradılan şərait nəticəsində onlarla yaradıcı peşəkar öz daxili potensialını nümayiş etdirmək imkanı qazanmışdır. «Azərbaycantelefilm» Yaradıcılıq Birliyində yüksək peşəkarlıqla istehsal olunan sənədli televiziya filmləri, dublyaj olunan onlarla bədii və sənədli filmlər vaxtaşırı Azərbaycan televiziyasında nümayiş olunur. Ş.Eyvazovun məntiqsiz iddiaları isə «Azərbaycantelefilm» Yaradıcılıq Birliyinin kollektivinin işinə kölgə sala bilməz.
Məşhur kəlamda deyildiyi kimi, üç cür rejissor var: ağıllı, istedadlı və əksəriyyət. Allah bizi bu cür əksəriyyətlərdən qorusun!
Siyavuş Məmmədov «Azərbaycantelefilm» Yaradıcılıq Birliyinin direktoru, əməkdar jurnalist Yaqub Əlioğlu baş redaktor
Salar Aslanov baş redaktorun müavini
Zahid İsmayılov baş rejissor, əməkdar mədəniyyyət işçisi
Miri Rzayev, Mikayıl Nəsirov, Murad Quliyev rejissorlar
Adil Abbasov baş operator, əməkdar mədəniyyət işçisi
Elşən Bədəlov, Elxan Rüstəmov operatorlar
Rəşad Mustafayev baş səs rejissoru
Ceyhun Ağayev səs rejissoru
Qafur Sədiyev, Əliabbas Qasımov assistentlər
Valeh Həsənli, Sahib Heydərov film direktorları
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir
“Çovdar nekropolu” kitabı ictimaiyyətə təqdim edilib
Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişib - DİM açıqladı
Baş nazir Əli Əsədov yeni əmr imzalayıb
"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub - FOTOLAR
Xocalının iki kəndinə növbəti köç olub
AFFA "Neftçi"ni cərimələyib
ABŞ-ın daha bir qırıcısı vuruldu - FOTOLAR
FİFA azərbaycanlı klub rəhbərini cəzalandırdı - Rusiyanın tələbi ilə
Pezeşkian İlham Əliyevə niyə zəng etmədi?
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır
Təl-Əvivdə partlayış sadası var - İtki yoxdur
Ceyhun Bayramov: "İrandan cavab gözləyirik"
"Pakistan dövləti və ordusu Azərbaycanın yanındadır" - Şahbaz Şərif İlham Əliyevə zəng edib
VI "Yüksəliş" müsabiqəsinə qeydiyyat başlayıb
Sabahın hava proqnozu açıqlandı
Universitet və kolleclərə sənəd qəbulu başa çatıb
Bakı, Sumqayıt və Abşeron sakinlərinin diqqətinə: pensiya köçürülüb
Leyla Əliyeva Bakı Xoreoqrafiya Akademiyasının qonağı olub
İsrail Livanda 7 şəhərə zərbə endirib
Sumqayıtda qətl: kişi özündən 18 yaş balaca arvadını öldürdü
İranın Şiraz şəhəri bombalanıb - 20 nəfər həlak olub
Regionda geosiyasi transformasiya və Türk dünyasının tarixi məsuliyyəti - Professor yazır
Bakı metrosunda daha bir qadın maşinist kimi fəaliyyətə başlayıb
Jurnalist Nicat Novruzoğlu vəfat edib
Bir nömrəli səfərbərlik nədir? - MN izah verdi
ABŞ İRANIN YERALTI BAZASINI VURDU - FOTO
Daha bir vəkil Vəkillər Kollegiyasından xaric edilib
İran Tel-Əvivi yeni silahı ilə vurub - FOTOLAR
Qara dənizdə zəlzələ olub - 4 bal gücündə
Müğənni qəzada dünyasını dəyişdi
İstanbulda "xərac" tələb edən kriminal şəxslər saxlanıldı
İsrail və ABŞ-ın İrana hücumu: son 24 saatda nələr baş verdi?
Ermənistan XİN başçısı Ceyhun Bayramova zəng elədi - İranın dron hücumu müzakirə edilib
ABŞ daha bir ölkədəki səfirliyini bağlayıb
Ziraat Türkiyə Kuboku: "Samsunspor" qalib gəldi
Hindistanda qırıcı təyyarə radardan yoxa çıxıb
Tramp İrandan sonra daha bir ölkədə rejim dəyişikliyinin anonsunu verdi: "Bu, mənim üçün çox kiçik məsələdir"
TRAMP İRANIN BAŞINA NAMİZƏD AXTARIR: "Xameneinin oğlundan lider çıxmaz" - "Rejim tezliklə təslim olacaq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR