Prezident bu şəxslərlə bağlı iki sərəncam verdi - TAM SİYAHI

img

22-12-2015 [19:05]


Prezident İlham Əliyev Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının əməkdaşlarına "Əməkdar mədəniyyət işçisi" fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Mia.az xəbər verir ki, sərəncama əsasən Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının 50 illik yubileyi münasibətilə, Azərbaycanda kitabxana işinin təşkili sahəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə "Əməkdar mədəniyyət işçisi" fəxri adı verilib:

Dadaşova Zahirə Cabir qızı

Qəmbərova Şəhla Əliheydər qızı

Musazadə Rəfiqə Mirzə qızı

Tahirova Nazilə Rəhman qızı.

***

Prezident İlham Əliyevin digər sərəncamı ilə Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının bir qrup əməkdaşı isə "Tərəqqi" medalı ilə təltif ediliblər:

Ağamirzəyeva Vəfa Əliağa qızı

Əhmədova Sevil Əliabas qızı

Qafarova Leyla Hacı Ağa qızı

Məmmədli Ruhiyyə Mikayıl qızı.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA