10-12-2015 [17:58]
Macarıstanın paytaxtı Budapeştdə Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı, Beynəlxalq Avrasiya Mətbuat Fondu və Macar Turan Fondunun qarşılıqlı əməkdaşlığı sayəsində hazırlanan "Atəşkəs” sənədli filminin təqdimat mərasimi keçirilib.
Qarabağ həqiqətlərindən bəhs edən filmdə Azərbaycanın müasir tarixinə dair faktlar, eləcə də torpaqlarımızın işğalı nəticəsində doğma yurdlarından köçkün düşən insanların acı həyatı əksini tapıb.
Təqdimat mərasimində çıxış edən Macarıstan Parlamenti rəhbərinin baş məsləhətçisi Andras Ketemen macar və türk xalqları arasında olan tarixi bağlılıqdan söz açıb. A. Ketemen sənədli filmin Ermənistanın ölkəmizə silahlı təcavüzü nəticəsində yaranmış faciələrin dünyaya tanıdılması baxımından əhəmiyyətini vurğulayıb: "Qarabağ faciəsi Avropada az bilinən, sadəcə dondurulmuş və ya mübahisəli bir məsələ kimi tanınırdı. Ancaq real faktlar bunun əksini sübut edir. Bu gün seyr etdiyimiz filmin arxasında, bir insanlıq faciəsi, minlərlə insanın acı taleyi dayanır. Macarlar bu duyğuları ötən yüzillikdə yaşadıqları üçün azərbaycanlıları çox yaxşı anlaya bilirlər".
Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev bu gün Yaxın Şərqdən Avropaya qaçqın axınlarının böyük problemlərə yol açdığını misal göstərərək, Azərbaycanın bu ağrını 1988-ci ildən yaşadığını deyib. Səfir beynəlxalq ictimaiyyətin bir çox hallarda Qarabağın Ermənistan tərəfindən işğalına adekvat reaksiya verməməsini tənqid edib.
Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev Qarabağda törədilən erməni vandalizminin kiçik bir süjet xətti olan filmin hazırlanması üçün macar və yerli heyətin böyük əmək sərf etdiyini vurğulayıb: "Mən əslən Qarabağlıyam, çəkiliş zamanı dağıdılmış, viran edilmiş kəndimin, evimin, görüntülərini görmək mənim üçün necə ağır olduğunu sözlə ifadə etmək mümkün deyil. Filmdə yüz minlərlə qarabağlının xatirələrinin, xoş günlərinin canlandığı və bu gün işğal altında olan yerləri nümayiş etdirmək, doğma yurdlarından didərgin düşmüş insanların çəkdikləri əzab-əziyyətləri görmək və eşitmək bizim üçün çox çətindir. Bu film Qarabağ həqiqətlərinin həm Macarıstana, həm bütün Avropaya çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir”.
Filmin rejissoru Erik Boqnar çəkiliş zamanı Azərbaycan xalqını yaxından tanımaq, onu sevmək imkanı yarandığını, insanların üzləşdiyi ağrı-acıları öyrəndikcə özünü kadrlarda yer alan faciəvi hadisələrin içərisində hiss etdiyini qeyd edib.
Macar Turan Fondunun rəhbəri və filmin eksperti Andras Biro Azərbaycan və Macar xalqlarının qardaşlığından söz açıb:
"Macarlar azadlıq sevdalısı olan xalqdır və hər zaman ədalətin yanındadırlar. Əgər qardaşlarımız bir faciə yaşayırlarsa, biz çəkinmədən onların yanında dayanamalıyıq və bütün həqiqətləri dünyaya çatdırmalıyıq. Biz macarlar olaraq Avropada ilk dəfə Azərbaycan xalqının faciələrini, həqiqətləri sənədli filmdə toplayaraq dünyaya çatdırılmasını üzərimizə götürməklə qürur duyuruq”.
Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının baş məsləhətçisi Mustafa Qurbanlı filmin ərsəyə gətirilməsində göstərdikləri əməyə görə Macar Turan Fondu və BAMF kollektivinə təşəkkürünü bildirib.
Qeyd edək ki, film Budapeştin qədim tarixi məkanlarından olan məhşur Uranium film və festival salonunda nümayiş etdirilib. Təqdimat mərasimində Macarıstanın hökumət nümayəndələri, 8 millət vəkili, 5 şəhərin bələdiyyə başçısı, Azərbaycanın və Türkiyənin Macarıstandakı səfirləri Vilayət Quliyev və Şakir Fakili, TİKA-nın Budapeştdəki rəhbəri, jurnalistlər, iş adamları, ictimai xadimlər, tanınmış idmançılar və elm adamları iştirak edib.
Filmin Macarıstanın və Avropanın müxtəlif şəhərlərində nümayiş etdirilməsi və hazırlanmış DVD-lərin dünyaya yayılması planlaşdırılır.
![]()
![]()
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir
“Çovdar nekropolu” kitabı ictimaiyyətə təqdim edilib
Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişib - DİM açıqladı
Baş nazir Əli Əsədov yeni əmr imzalayıb
"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub - FOTOLAR
Xocalının iki kəndinə növbəti köç olub
AFFA "Neftçi"ni cərimələyib
ABŞ-ın daha bir qırıcısı vuruldu - FOTOLAR
FİFA azərbaycanlı klub rəhbərini cəzalandırdı - Rusiyanın tələbi ilə
Pezeşkian İlham Əliyevə niyə zəng etmədi?
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır
Təl-Əvivdə partlayış sadası var - İtki yoxdur
Ceyhun Bayramov: "İrandan cavab gözləyirik"
"Pakistan dövləti və ordusu Azərbaycanın yanındadır" - Şahbaz Şərif İlham Əliyevə zəng edib
VI "Yüksəliş" müsabiqəsinə qeydiyyat başlayıb
Sabahın hava proqnozu açıqlandı
Universitet və kolleclərə sənəd qəbulu başa çatıb
Bakı, Sumqayıt və Abşeron sakinlərinin diqqətinə: pensiya köçürülüb
Leyla Əliyeva Bakı Xoreoqrafiya Akademiyasının qonağı olub
İsrail Livanda 7 şəhərə zərbə endirib
Sumqayıtda qətl: kişi özündən 18 yaş balaca arvadını öldürdü
İranın Şiraz şəhəri bombalanıb - 20 nəfər həlak olub
Regionda geosiyasi transformasiya və Türk dünyasının tarixi məsuliyyəti - Professor yazır
Bakı metrosunda daha bir qadın maşinist kimi fəaliyyətə başlayıb
Jurnalist Nicat Novruzoğlu vəfat edib
Bir nömrəli səfərbərlik nədir? - MN izah verdi
ABŞ İRANIN YERALTI BAZASINI VURDU - FOTO
Daha bir vəkil Vəkillər Kollegiyasından xaric edilib
İran Tel-Əvivi yeni silahı ilə vurub - FOTOLAR
Qara dənizdə zəlzələ olub - 4 bal gücündə
Müğənni qəzada dünyasını dəyişdi
İstanbulda "xərac" tələb edən kriminal şəxslər saxlanıldı
İsrail və ABŞ-ın İrana hücumu: son 24 saatda nələr baş verdi?
Ermənistan XİN başçısı Ceyhun Bayramova zəng elədi - İranın dron hücumu müzakirə edilib
ABŞ daha bir ölkədəki səfirliyini bağlayıb
Ziraat Türkiyə Kuboku: "Samsunspor" qalib gəldi
Hindistanda qırıcı təyyarə radardan yoxa çıxıb
Tramp İrandan sonra daha bir ölkədə rejim dəyişikliyinin anonsunu verdi: "Bu, mənim üçün çox kiçik məsələdir"
TRAMP İRANIN BAŞINA NAMİZƏD AXTARIR: "Xameneinin oğlundan lider çıxmaz" - "Rejim tezliklə təslim olacaq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR