"İstəyirəm ki, heykəlim olsun" sözünə yazıçı Anardan cavab

img

04-12-2015 [15:23]


Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar yazıçı Seymur Baycanın heykəl və büst arzusuna münasibət bildirib.

Anar Moderator.az-a açıqlamasında deyib ki, Seymur Baycanın fikirlərini dəstəkləyir:

"Seymur Baycanın büst fikrini çox yaxşı qarşılayıram. Onun fikrini dəstəkləyirəm. Bu yaxınlarda onun da adına bir küçə verərik, büstünü qoyarıq. Təklif edirəm ki, nəinki büstünü, heykəlin də qoysunlar, hətta mavzeleyini də tiksinlər”. 

Xatırladaq ki, Seymur Baycan mətbuata müsahibəsində heykəlinin olmasını arzuladığını bildirmişdi: "İstəyirəm ki, heykəlim olsun, adıma küçə olsun, həmin küçədə gəzişim, hər gün öz heykəlimin qarşısına çiçək qoyum".  

Seymur Baycan vurğulamışdı ki, "özümə büst düzəltdirmək üçün bank hesabı açacam, ianə yığacam".  


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA