23-11-2015 [15:05]
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 70 illik yubileyinə həsr olunmuş Ümumi yığıncaqda Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin irəli sürdüyü elmi prioritetlərin müzakirəsi ilə əlaqədar Rəyasət Heyətinin geniş iclası keçirilib.
Mia.az xəbər verir ki, iclasda AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyevin yubiley münasibətilə təşkil olunmuş tədbirdə Prezident İlham Əliyevin "Azərbaycan dilinin saflığının qorunması istiqamətində dilçilik üzrə müvafiq tədbirlərin həyata keçirilməsi" ilə bağlı səsləndirdiyi fikir ətrafında çıxışı dinlənilib.
Akademik Tofiq Hacıyev ilk olaraq Ulu öndər Heydər Əliyevin kursunu davam etdirən Prezident İlham Əliyevin dövlətçiliyimizin ənənələrini ləyaqətlə qoruduğunu söyləyib: "Heydər Əliyevin üslubunda dövlətçilik işini hər kəs öz təsərrüfat sahəsində, hərə öz peşəsi ilə bağlı məqamlarda daha əyani görür. Mənim də təsərrüfatım dilçilikdir. Dilçilikdə, ana dili, dövlət dili məsələlərində Heydər Əliyev kursunun bu gün addım-addım izlənməsini hamı görür və təbii ki, bir dilçi olaraq mən bu işi hamıdan çox görürəm. Bütün məsələlərdə olduğu kimi, Prezident İlham Əliyev dil sahəsində də Ümummilli lider Heydər Əliyev kursunu davam etdirir".
İclasda akademik dil məsələsinin tarixindən, tarix boyu dilimizin üzləşdiyi problemlərdən danışaraq müstəqillik dövründən əvvəl daha çox siyasi formada ortaya çıxan dil problemi, o cümlədən imperiya daxilində ana dilinin əriyib getməməsi üçün sərf olunan əməklər nəticəsində ana dilinin qorunub saxlanılmasından bəhs edib. Müstəqillik dövründə dil məsələsinin siyasi olmaqla yanaşı, elmi yanaşma tələb etdiyini vurğulayan akademik müasir dövrdə ana dilinin ədəbi dil problemi kimi ortaya çıxdığını, ədəbi dilin zənginləşməsi, saflığı və təmizliyinin qorunub saxlanılmasının qayğı tələb etdiyini bildirib.
Natiq 2001-ci ildə Ulu öndər Heydər Əliyevin dillə bağlı qanun qəbul etməsi ilə ana dilinin, dövlət dilinin ölkənin bütün fəaliyyət sahələrində işlənməsinin məcburi akta çevrildiyini qeyd edib: "Bütün vəzifə sahiblərinin, dövlət məmurlarının dövlət dilində danışması məcburi sayıldı. Həmin tələbin davamı kimi ölkə prezidenti cənab İlham Əliyev bu gün, yeni dövrdə, dünyanın mədəni, siyasi yaşanışının qloballaşma dəyirmanından su içdiyi dövrdə Azərbaycan dövlət dilinin işlənməsi, istifadə olunması və inkişafı haqqında tarixi Sərəncam imzaladı, dil haqqında mötəbər Dövlət Proqramı yaradıldı".
Sözügedən dövlət proqramının uzun müddətli strateji proqram kimi icra olunduğunu deyən Dilçilik İnstitutunun direktoru bununla bağlı rəhbərlik etdiyi müəssisədə ciddi işlər görüldüyünü vurğulayıb. Proqramın həyata keçirilməsində AMEA-nın prezidenti, akademik Akif Əlizadənin instituta göstərdiyi dəstəyi xüsusi qeyd edib. Bütün layihələrin Prezident İlham Əliyevin AMEA-nın 70 illiyinə həsr olunmuş təntənəli yığıncaqdakı çıxışında elmi-mədəni həyatımız, həmçinin ana dili, Azərbaycan dövlət dili haqqında prioritet kimi müəyyənləşdirdiyi istiqamətlər əsasında həyata keçirildiyini əlavə edib:
"Cənab prezident dedi ki, ana dilimiz həmişə bizi qoruyub saxlayıb. Bu fikir Firidun bəy Köçərlinin sözləri ilə səsləşir. O deyirdi ki, xalq hər cür məhrumiyyətlərə düşər, çox şeylər itirər, ancaq dili və musiqisi onu məhv olmağa qoymaz".
İclasda ölkə başçısının çıxışından sitat gətirən akademik Tofiq Hacıyev Prezident İlham Əliyevin dövlətimizin müstəqil olmadığı tarixi dönəmlərdə xalqımız bu dili qoruyub saxladığı halda, dövlət qayğısının olduğu hazırkı dövrdə ana dilimizin inkişafı üçün bütün səylərimizi birləşdirməliyik şüarını xatırladıb: "Prezidentin sözünə diqqət yetirin, deyir, dilimiz xalqımızı yaşadıb, o biri tərəfdən də deyir, xalqımız öz dilini qoruyub, saxlayıb. Yəni: dil və xalq bir-birinə arxa durub. Bu, dil və millətin varlığının tarixi dialektikasını şərtləndirən mükəmməl düsturdur".
Sonra akademik Prezident İlham Əliyevin kütləvi informasiya vasitələrinin dilimizə qayğısızlıq göstərdiyi bir vaxtda dilimizin zərərli xarici təsirlərdən qorunmalı və dilimizin təmizliyinə qayğı göstərilməli olduğunu ifadə edən tövsiyələrini diqqətə çatdırıb. Akademik ölkə başçısı Prezident İlham Əliyevin söylənən qiymətli fikirləri sırasında millətin ana dili və dövlət dili ilə bağlı ifadələrinin xüsusi yer aldığını bildirib.
Tədbirin sonunda akademik Tofiq Hacıyev Azərbaycan dilinin saflığının qorunması istiqamətində gələcək üçün nəzərdə tutulan layihələrdə bütün tapşırıq və tövsiyələri rəhbər tutacaqlarını, Prezident İlham Əliyev tərəfindən səsləndirilən fikirlərin təhlil və təbliğ ediləcəyini nəzərə çatdırıb.
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir
“Çovdar nekropolu” kitabı ictimaiyyətə təqdim edilib
Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişib - DİM açıqladı
Baş nazir Əli Əsədov yeni əmr imzalayıb
"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub - FOTOLAR
Xocalının iki kəndinə növbəti köç olub
AFFA "Neftçi"ni cərimələyib
ABŞ-ın daha bir qırıcısı vuruldu - FOTOLAR
FİFA azərbaycanlı klub rəhbərini cəzalandırdı - Rusiyanın tələbi ilə
Pezeşkian İlham Əliyevə niyə zəng etmədi?
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır
Təl-Əvivdə partlayış sadası var - İtki yoxdur
Ceyhun Bayramov: "İrandan cavab gözləyirik"
"Pakistan dövləti və ordusu Azərbaycanın yanındadır" - Şahbaz Şərif İlham Əliyevə zəng edib
VI "Yüksəliş" müsabiqəsinə qeydiyyat başlayıb
Sabahın hava proqnozu açıqlandı
Universitet və kolleclərə sənəd qəbulu başa çatıb
Bakı, Sumqayıt və Abşeron sakinlərinin diqqətinə: pensiya köçürülüb
Leyla Əliyeva Bakı Xoreoqrafiya Akademiyasının qonağı olub
İsrail Livanda 7 şəhərə zərbə endirib
Sumqayıtda qətl: kişi özündən 18 yaş balaca arvadını öldürdü
İranın Şiraz şəhəri bombalanıb - 20 nəfər həlak olub
Regionda geosiyasi transformasiya və Türk dünyasının tarixi məsuliyyəti - Professor yazır
Bakı metrosunda daha bir qadın maşinist kimi fəaliyyətə başlayıb
Jurnalist Nicat Novruzoğlu vəfat edib
Bir nömrəli səfərbərlik nədir? - MN izah verdi
ABŞ İRANIN YERALTI BAZASINI VURDU - FOTO
Daha bir vəkil Vəkillər Kollegiyasından xaric edilib
İran Tel-Əvivi yeni silahı ilə vurub - FOTOLAR
Qara dənizdə zəlzələ olub - 4 bal gücündə
Müğənni qəzada dünyasını dəyişdi
İstanbulda "xərac" tələb edən kriminal şəxslər saxlanıldı
İsrail və ABŞ-ın İrana hücumu: son 24 saatda nələr baş verdi?
Ermənistan XİN başçısı Ceyhun Bayramova zəng elədi - İranın dron hücumu müzakirə edilib
ABŞ daha bir ölkədəki səfirliyini bağlayıb
Ziraat Türkiyə Kuboku: "Samsunspor" qalib gəldi
Hindistanda qırıcı təyyarə radardan yoxa çıxıb
Tramp İrandan sonra daha bir ölkədə rejim dəyişikliyinin anonsunu verdi: "Bu, mənim üçün çox kiçik məsələdir"
TRAMP İRANIN BAŞINA NAMİZƏD AXTARIR: "Xameneinin oğlundan lider çıxmaz" - "Rejim tezliklə təslim olacaq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR