26-05-2015 [13:15]
Mia.az xəbər verir ki, AzNews.az saytı hadisə ilə bağlı maraqlı yazı hazırlayıb. Həmin yazını təqdim edirik:
Müğənninin "İnstagram” səhifəsindəki paylaşımından aydın olur ki, o, polisin köməyi ilə həmin şəxsi taparaq hüzuruna gətizdirib və onunla haqq-hesab çəkib.
Üstəlik, qurduğu bu "məhkəməni” gizli şəkildə videoya çəkərək, başqalarına dərs olsun deyə yayımlayıb. Tanınmış sənət adamının bu addımı isə heç də birmənalı qarşılanmayıb və cavabı hələ tapılmayan bir neçə sualın yaranmasına səbəb olub:
1. Müğənni niyə qanunvericiliyə uyğun olmayan hərəkətlər edib?
2. Əgər, o, polisə rəsmi müraciət etmişdisə, niyə üzləşmə polis şöbəsində deyil, başqa məkanda aparılıb və qanunlara zidd olaraq görüş gizli şəkildə çəkilib?
3. Onların görüşünün Röyaya uyğun yerdə aparılması, eləcə də polisin videoda gözə dəyməməsi göstərir ki, polisə rəsmi müraciət olmayıb. Sadəcə polis kimlərinsə göstərişi ilə həmin müğənnini söyən şəxsi taparaq şikayətçiyə təhvil verib, bununla da kobud qanun pozuntusu törədib...
4. Əlbəttə müğənninin onu söyən şəxsi polis əliylə tapdığını deməsi yalan da ola bilər. Amma bu halda polis onu nüfuzdan salan yalana görə, müğənnini cəzalandırmalıydı ki, bu hələ baş verməyib...
Sualların sayı çoxdur. Bunları ümumiləşdirərək qeyd edək ki, ortada ciddi qanun pozuntuları, bir müğənninin dövlətə, onun qanunlarına, eləcə də vətəndaşlara qarşı hörmətsizliyi və saymazyanalığı var. Bunun üçün hüquq mühafizə orqanları hansı addımları atmalıdır və ya atıb?
Saytın əməkdaşı Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, general-mayorSəhlab Bağırovlaəlaqə saxlayıb. O, məsələ ilə maraqlandığını və lazımı addımların atılacağını bildirib: "İndicə həmin məsələ ilə bağlı mediada yayılan materialları oxuyuram. Qanun pozuntusu olubsa, mütləq onu törədən şəxs və ya şəxslər cəzalanacaq. Qeyd edim ki, polisin zərərçəkmişlə qarşı tərəfi üzləşdirməsində qeyri-qanuni heç bir əməl yoxdur, təhqiqat müddətində polis tərəfləri üzləşdirə bilər. Lakin bu, polisin qarşısında olmalıdır. Polis şikayətçiyə onu təhqir edən şəxsin kimliyi barədə məlumat verə bilər. Lakin zərərçəkmiş bunun üçün yazılı şəkildə müraciət etməlidir. Şifahi şəkildə polisin kiməsə məlumat ötürməyə səlahiyyəti çatmır”.
Səhlab Bağırov hər hansı şəxsin videosunun gizli şəkildə paylaşmağın da qeyri-qanuni olduğunu deyib: "Video gizli çəkilib paylaşılıbsa, bu, qeyri-qanuni əməldir. Kimliyindən asılı olmayaraq, hər kəs qanunlarımıza hörmətlə yanaşmalıdır”.
Əgər Röyanın bu əməli doğrudan da araşdırılsa və sübuta yetirilsə, onu hansı cəza gözləyir? Hüquq müdafiəçisiMüzəffər Baxışdeyib ki, Röya Ayxana Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 322-ci maddəsi ilə (Özbaşınalıq) cinayət işi açıla bilər. Onun sözlərinə görə, Röya Ayxan məsələ ilə bağlı hüquq mühafizə orqanlarına müraciət etməli idi: "Çünki ölkədə qayda-qanun, məhkəmə var. Röyanın imkanlarından istifadə edərək camaata xox gəlməsi təmiz cinayətdir”.
M.Baxış əlavə edib ki, Röya Ayxanı etdiyi bu özbaşınalığa görə 3 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyə bilər: "Ən yüngül halda isə ona 500 manatdan 1000 manata kimi cərimə də kəsmək ehtimalı var”.
Qeyd edək ki, vəkil Adəm Məmmədov Daxili işlər naziri Ramil Usubov və Baş prokuror Zakir Qaralova müraciət edərək Röya Ayxanın qanunvericiliyi pozduğuna görə cəzalandırılmasını xahiş edib. O, müğənninin yaydığı videonun qanunsuz və gizli yolla çəkildiyini vurğulayıb. Xatırladaq ki, Röya Ayxan "İnstagram”da onu təhqir edən Elnur Orucov adlı şəxs tərəfindən söyüldüyünü yazıb. Müğənni polisə müraciət edərək Elnuru tapıb və cinayətkar aləmin nümayəndələri kimi sorğulayıb.
Lucas Hernandez AVRO-2024-də oynaya bilməyəcək
"Qalatasaray"ın canlı əfsanəsi peşman olub: "Kasilyas dedi ki, həyatımı məhv etdin..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi - FOTOLAR
Gürcüstan parlamentinin qarşısında polislə etirazçılar arasında toqquşma olub - Saxlanılanlar var
Sabiq nazirin məhkəməsində şok ifadə: "Pullar dollara çevrilir və Komitə sədrinə verilirdi..."
Nazir Vüqar Hüseynovu da yola salacaq? - KTN-nin mətbuat xidmətində yeni təyinat oldu
Ərdoğanla CHP lideri bir araya gəldi - FOTOLAR (Yenilənib)
İki bankın əmlakları satışa çıxarıldı - Bu qiymətlərə
Kafedra müdiri nazirliyə icarəyə obyekt verib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Beşiktaş" Devin Özekə rəsmi təklif göndərdi - "İki gün vaxt verin!"
Sergen Yalçın, yoxsa Barış Alper Yılmaz? - Aktrisa heç bir ilə sevgili olmadığını deyir
Ağcabədidə qətl: 32 yaşı şəxs qardaşı arvadını öldürdü
ONLARA BİRDƏFƏLİK MADDİ YARDIM VERİLƏCƏK - Sərəncam
SABİQ NAZİR REKTOR TƏYİN OLUNDU - Sərəncam
İlham Əliyev Rusiya rəsmilərini qəbul edib - FOTO (YENİLƏNİB)
"O biri dünyada bizi cənnət gözləyir" - Abdi Şərifov + VİDEO
Dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edilib
“Azərsun Holdinq”ə 25 min manatadək cərimə protokolu yazılıb
Partiya sədri: "Polislə dava etmək mənə və ya partiyama yaraşmaz"
Ərdoğan sosial mediada şou verən deputatlara "təpindi": "Gərək hər şeyi mən deyəm?!" - FOTOLAR
Dövlət Neft Fondu 623,4 milyon dollar satıb - Aprel ayı ərzində
Zəlimxan Məmmədli Gürcüstana getdi: "Bu günə şükür..." - FOTOLAR
“Azərikard”ın baş direktor müavini şirkətdən ayrılıb
Sabahın hava proqnozu açıqlandı
“Xalçalarda yaşayan tariximiz” adlı sərginin açılışı olacaq
“Alatava” ilə bağlı son qərar verildi - VİDEO
İcra başçısının qardaşı oğlu: “Atamı bu hərəkətinə görə öldürdüm” - Sabiq rəisin qətliylə bağlı sensasion ifadə
ABŞ Azərbaycanın bu şirkətinə sanksiya tətbiq etdi - Səbəb
Füzuli şagirdləri üçün “Nar”dan gözəl hədiyyə - FOTOLAR