15 günə 120 min oğurlayanlara hökm oxundu

img

14-05-2015 [11:33]


Bakı Ağır Cinayətlər Məhkəməsində içində 120 min manat olan iki seyfi oğurlayan şəxslərə cəza istənilib.

Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirləndirilən Kərim Kubayev və Renat Məhərrəmov üçün prokuror hər ikisinə 10 il cəza istəyib.

Onlar törətdikləri əməli etiraf ediblər. Zərərçəkən Mənsurə Əsgərova ona dəyən zərərin ödənilməsini istəyib.

Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub. Kərim Kubayev və Renat Məhərrəmov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, K.Kubayev və R.Məhərrəmov ötən ilin sentyabrın 29-da Mənsurə Əsgərovaya məxsus mağazadan içərisində 55000 manat və sənəd olan seyfi, oktyabrın 13-də Rüfət Abışova məxsus mağazadan içərisində 65000 manat olan seyfi oğurlayıblar.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA