İrandan atılan daha bir raket Türkiyə səmasında vurulub - Açıqlama

img

13-03-2026 [14:06]


İrandan atılan daha bir raket Türkiyə səmasında vurulub.

Mia.az Türkiyə mətbuata isinadla xəbər verir ki, bu haqda Milli Müdafiə Nazirliyi açıqlama yayıb.

Bildirilib ki,bu gün  İrandan atılan və Türkiyə hava məkanına daxil olan ballistik raket Şərqi Aralıq dənizindəki NATO hava və raketdən müdafiə elementləri tərəfindən zərərsizləşdirilib: "Türkiyə ərazisinə və hava məkanına yönəlmiş bütün təhdidlərə qarşı zəruri tədbirlər qətiyyətlə və tərəddüd etmədən görülür. Hadisənin bütün aspektlərini aydınlaşdırmaq üçün müvafiq ölkə ilə müzakirələr aparılır. Milli təhlükəsizliyimizə zərər verən bütün hadisələr dəyərləndirilir".

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA