IDEA-nın "Yaşıl marafon" kampaniyası Şəki və Qəbələdə davam etdirilib

img

13-03-2026 [10:13]


Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Yaşıl marafon" kütləvi ağacəkmə kampaniyasının 2026-cı ilin yaz mövsümü çərçivəsində növbəti ağacəkmə aksiyaları Şəki və Qəbələ rayonlarında təşkil edilib.

IDEA-dan Mia.az-a verilən məlumata görə, IDEA İctimai Birliyinin könüllülərinin iştirakı ilə Qəbələnin Xırxatala kəndi və Şəkinin Turan qəsəbəsində ümumilikdə 1500-ə yaxın ağac əkilib. Əkilən ağaclar arasında Eldar şamı, çinar və sidr kimi növlər yer alıb.

Qeyd edək ki, IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən "Ümumrespublika yaşıllaşdırma marafonu"nun ("Yaşıl marafon") əsas məqsədi yaşıllıq sahələrinin artırılması, ağacəkmə ənənəsinin təşviqi, ətraf mühitin mühafizəsinə, ölkəmizin flora biomüxtəlifliyinin zənginləşdirilməsinə və yaşıllıqların qorunması ilə bağlı maarifləndirməyə töhfə verməkdir.

"Yaşıl marafon" çərçivəsində ötən ilin payız və 2026-cı ilin yaz əkin mövsümlərini əhatə edən ağacəkmə aksiyaları zamanı ölkə üzrə ümumilikdə iki milyona yaxın ağacın əkilməsi nəzərdə tutulur.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA