Özbəkistan prezidenti Bakıya səfərə hazırlaşır

img

13-03-2026 [14:27]


Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Bakıda keçiriləcək WUF13-də iştirak edəcək.

Bu barədə Özbəkistan prezidentinin xarici siyasət məsələləri üzrə müşaviri Əbdüləziz Kamilov bildirib.

Prezidentin müşaviri təsdiqləyib ki, dövlət başçısının Bakıda WUF13-də iştirak etmək üçün səfəri planlaşdırılır.

"Biz artıq hazırlaşırıq. Və dünən nümayəndə heyətini salamlama zamanı Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan prezidentinin bu dəvəti qəbul etdiyinə və bu forumda iştirak etməyə hazır olduğuna görə təşəkkürünü bildirib", - o deyib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA