TƏBİB-in eks-rəhbəri ilə bağlı sensasion iddialar - Xaricdəki jurnalistə gizli məlumatları kim ötürürmüş?

img

13-03-2026 [17:56]


ƏBİB-in sabiq icraçı direktoru Vüqar Qurbanov bütün xarici və ölkədaxili səfərlərinə həmişə ictimaiyyətlə əlaqələr departamentinin müdiri olan Zamirə Ədilovanı aparırdı. Halbuki elə görüşlər olurdu ki, orada tibb mütəxəssisinin iştirakı vacib sayılırdı. Amma Vüqar doktor nədənsə Zamirə xanımın yanında olması ilə qane olurdu. Bir xatırlatma edim. TƏBİB-in sabiq icraçı direktorunun qızının təmtaraqlı toyunu da Zamirə Ədilova “whatsapp” statusunda paylaşmışdı. Bu da cəmiyyətdə böyük narazılıq yaratmışdı.

Araşdırmalarımıza əsasən Zamirə Ədilova dövlət ezamiyyələri ilə xarici səfərlərə gedərək istirahət etməsi bir yana, kadr məsələlərini də kurasiya edirmiş. Onun gətirdiyi namizədləri kadr məsələlərində mötəbər şəxslər, yəni TƏBİB-in sabiq icraçı direktoru Vüqar Qurbanov və onun müavini Araz Nəsirov qeyd-şərtsiz işə qəbul edirmişlər.

Sual yaranır, Zamirə Ədilovanın bərbad günə qoyulmuş səhiyyəmizin inkişafında hansı xüsusi əməyi olub ki, bu qadına belə şərait yaradılıb?

Bu yaxında Vüqar Qurbanovun ABŞ-da yaşayan bir jurnalistə Azərbaycan səhiyyəsinin problemləri, həkimlərimiz haqqında məlumat ötürməsi barədə xəbərlər yayıldı. Deyilənə görə, həmin imformasiyaları da okeanın o tayına Zamirə xanım göndərirmiş. Necə, nə cür edirmiş, bunu gərək aidiyyatı təşkilatlar araşdırıb müəyyənləşdirsinlər. (Referans Media)

Mənbə: Demokrat.az

https://demokrat.az/az/news/272928/tebib-in-eks-rehber-ile-bagli-sensasion-iddialar-abs-da-yasayan-jurnaliste-gizli-melumatlari-o-otururmus-fotolar

img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA