Tanınmış iş adamının həbs xəbəri təsdiqləndi

img

12-05-2015 [15:33]


Azərbaycanlı iş adamı Nizami Piriyev həbs olunub.

APA-nın məlumatına görə, o, dələduzluq və ictimai əmlakın talanması maddələri ilə təqsirləndirilir.

Nərimanov rayon məhkəməsinin qərarı ilə N. Piriyevin barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Nizami Piriyev "PNN Group” şirkətinin təsisçilərindəndir. "PNN Group” şirkətinin əsas aktivləri neft kimyası sənayesində və metanol istehsalı sahəsində fəaliyyət göstərən "AzMeCo” şirkətindədir.

"PNN Group” "De Beers” və "Hamleys” brendlərinin tərəfdaşıdır. Nizami Piriyev Azərbaycanda "KFC” restoranlar şəbəkəsinin də qurcularındandır.

"PNN Group”un digər sahibi onun oğlu Nəsib Piriyevdir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA