Polis kapitanının qızı özünü güllələdi

img

25-04-2015 [14:17]


Yevlaxda polis kapitanının qızı özünü güllələyib.
 
Yevlax rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gün baş verib. Rayon sakini, 19 yaşlı Nuray Əzimova odlu silahla özünü vurub. Nəticədə o aldığı xəsarətdən hadisə yerindəcə keçinib.
 
N. Əzimovanın özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
 
Polisdən həmçinin bildirilib ki, N. Əzimova Yevlax Rayon Polis Şöbəsinin əməkdaşı, polis kapitanı Kərim Əzimovun qızıdır.
 
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA