Məktəb direktorunun evindən oğurluq – 28 min dollar

img

22-04-2015 [14:08]


Lənkəran rayonunun Xolmilli kəndində məktəb direktorunun evindən külli miqdarda pul oğurlanıb.

Mia.az-ın "Report”a istinadən xəbərinə görə, kənd məktəbinin direktoru Qasım Əliyevin evinə pəncərə şüşəsini qıraraq daxil olan naməlum şəxs və ya şəxslər 28 min ABŞ dolları oğurlayıblar. Hadisə ev sahibləri mənzildə olmadığı zaman baş verib.

Lənkəran Şəhər Rayon Polis Şöbəsindən "Report”a fakt təsdiqlənib.

Faktla bağlı araşdırma aparılır. Hadisəni törədən şəxs və ya şəxslərin müəyyən olunması istiqamətində tədbirlər görülür.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA