Cavid Qurbanovun işçiləri bir-birini bıçaqladı

img

11-04-2015 [14:46]


"Azərbaycan Dövlət Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin 4 nömrəli Enerji Təchizat Stansiyasının əməkdaşı 47 yaşlı Kifayət Əhmədova iş yerində dayısı 77 yaşlı Qəzənfər İsgəndərov tərəfindən bıçaqlanıb

Mia.az salamnews-a istinadən xəbər verir ki, hadisə şəxsi münasibət zəminində baş verib.

Ağır bədən xəsarətləri alan qadın Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Gəncə Şəhər Prokrorluğunun böyük köməkçisi Anar Haqverdiyevin sözlərinə əsasən, məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Gəncə Şəhər Şöbəsində müayinə olunan qadına bir neçə bıçaq zərbəsi vurulduğu aşkar edilib.

DİN-dən verilən məlumata görə, 77 yaşlı  Qəzənfər İsgəndərov könüllü olaraq Gəncə Xətt Polis Şöbəsinə gələrək təslim olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA