Gəncəli satıcılar "Dubay bazarı"nda bir-birini bıçaqladı

img

17-04-2015 [11:36]


Gəncədə bıçaqlanma hadisəsi baş verib. 

Hadisə şəhərin əhali arasında "Dubay bazarı” adlandırılan ərazisində qeydə alınıb. 

21 yaşlı Gəncə şəhər sakini, bazarda satıcı işləyən Təbriz Tağıyev münaqişə zəminində digər satıcı tərəfindən bıçaqlanıb. 

Yaralı Gəncə şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xəstəxanasına aparılıb. 

İlkin tibbi müayinə zamanı onun sağ bud nahiyəsində kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb. 

Faktla bağlı araşdırma aparılır.

Kepeztv.az 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA