Azərbaycanda müstəntiq və polisi vurdular

img

07-04-2015 [12:20]


Ötən gecə saat 23 radələrində Bərdə rayonunda piyada vurulması ilə nəticələnən yol qəzası baş verib.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Bərdədən Ağcabədiyə gedən yolda "VAZ-2107” markalı avtomobil 15 yaşlı oğlanı vurub.

Məlumat daxil olan kimi hadisə yerinə Bərdə rayon polis şöbəsinin əməkdaşları gəlib. Polis əməkdaşları tərəfindən əraziyə baxış keçirilərkən yoldan ötən "VAZ-2107” markalı avtomobil yolda cəmləşmiş şəxslərə çırpılıb.

Qəza nəticəsində faktı araşdıran müstəntiq, polis kapitanı Zaur İsmayılov, post patrul xidmətinin əməkdaşı, serjant Müşfiq Sadıqov və mülki vətəndaş Zaur Sarıyev müxtəlif dərəcəli xəsarətlər alıblar.

Xəsarət alanlardan Zaur İsmayılovun vəziyyəti daha ağır olduğu üçün onu Bakıya göndəriblər.

Hadisəni törədən sürücü saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA