Bakıda 5 yol polisi sürücünü döyüb

img

04-04-2015 [12:57]


Bakıda sürücü yol polisi əməkdaşları tərəfindən döyülməsi haqda polis bölməsinə müraciət edib. 


"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə Nizami rayonu ərazisində qeydə alınıb. Salyan rayon sakini 1982-ci il təvəllüdlü Abbas Qafarov bildirib ki, martın 28-də saat 03 radələrində H.Əliyev prospektində idarə etdiyi Tofaş markalı 10 RG 430 nömrəli avtomobili nömrəsini bilmədiyi iki YPX avtomobili təqib edib. 

Buna görə də sürücü idarəetməni itirərək maşını səkiyə vurub. Sonra həmin polis avtomobillərindən düşən 5 nəfər YPX əməkdaşı onu döyüblər. 

A.Qafarov xəstəxanada tibbi yardım alıb evə buraxılıb. 

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA