28-01-2015 [16:09]
Bu gün Nizami rayon Məhkəməsinin hakimi Ramil Həsənov Şuşadan məcburi köçkün, Qarabağ döyüşlərində şəhid olan Sabir Rüstəmovun oğlu Samir Gəraylının həbs edilməsi ilə bağlı hökm verib.
Bu barədə Mia.az-a daxil olan məlumata görə, hakim Ombudsman Aparatının sektor müdiri, keçmiş hərbi prokuror Fəzail Həsənovun şikayəti əsasında belə sərt qərar verib: "Bir neçə ay əvvəl Samir Gəraylı idarə etdiyi avtomobilə Nizami rayonu ərazisində qəza törədib. O, Fəzail Həsənovun idarə etdiyi "Nissan" markalı maşınla toqquşub. Bundan əlavə, hadisə nəticəsində bir maşın da zədələnib.
Maraqlıdır ki, hadisədə Samir Gəraylı təqsirlidir və bunu da etiraf edir. Ancaq elə hadisə günündən etibarən, müxtəlif təzyiqlər başlayıb. Yəni qanuni araşdırma bir tərəfə qalıb, ona qeyri-rəsmi təzyiqlər də edilib. Məsələn, hadisədən az sonra Yasamal rayon polis idarəsinin yüksək rütbəli zabiti Samir Gəraylını yanına çağıraraq, sektor müdirinin istədiyi pulu təcili verməsini tələb edib.
Bundan əlavə, Ombudsman Aparatının əməkdaşı hətta bu hadisədən sonra Samir Gəraylını 2 sutka qanunsuz həbs də etdirib. Nizami rayon Polis İdarəsinin təqdimatı ilə barəsində 2 aylıq həbs qəti-imkan tədbirinin seçilməsi isə elə bugünkü hökmü verən Ramil Həsənov tərəfindən təmin olunmayıb. Amma hakim bu dəfə nə Samirin ailə durumuna, nə şəhid övladı, nə də məcburi köçkün və şəhid ailəsi olmalarına rəğmən hələ də evsiz, yəni kirayələrdə yaşamalarına, maddi durumlarının ağır olmasına da məhəl qoymayaraq, ekspertizadan alınan saxta rəyə əsaslanaraq, sərt hökm verdi. Hökmə görə Samir Gəraylı 1 il 3 ay həbsə məhkum olunmaqla yanaşı, ombudsmanın əməkdaşına 12200 manat zərər + 2 min manat (mənəvi təzminat), digər köhnə maşına görə isə əlavə 2600 manat ödəməlidir. Halbuki, həmin maşınların nə sığortası ödənişi, nə də əziləndən sonra Fəzail Həsənovun maşınını satıb qazanc əldə etməsi faktı da hökmdə nəzərə alınmayıb. Bununla yanaşı, ümumiyyətlə dəyən zərərin o qədər olmasının faktiki mümkün olmamasını nəzərə almadan, hakim keçmiş hərbi prokuror olduğu deyilən Fəzail Həsənovun hansı yolla və necə aldığı bizə məlum olmayan saxta rəy və iddialarına qanuni don geyindirməkdən çəkinməyib. Bundan əlavə, hakim hökmü verərkən, ombudsman aparatının əməkdaşına 6 min dollar ödənilməsi, eyni zamanda, əzilmiş maşınını 3 minə satılması, həmçinin dəyən zərərin hissə-hissə ödənilməsi kimi xoş niyyətləri də nəzərə almayıb. O, sadəcə aparat əməkdaşınn diqtəsindən kənara çxa bilmədi".
Məhkəmə prosesində Fəzail Həsənov Samir Gəraylının daha ağır cəza verilməsi ilə bağlı vəsadət qaldırsa da, prokuror sektor müdirinin istəyinin mümkünsüz olduğunu bildirib.
Samir Gəraylının yaxınları bildirir ki, hökmdən apellyasiya şikayəti veriləcək. Eyni zamanda, Prezident İlham Əliyevin qəbuluna gedəcəklər: "Samirin atası şəhid olub, bacısı bir neçə ildir ailəsinin min bir əziyyəti borc xərci ilə Azərbaycandan kənarda müalicə olunur. Evi, torpağı düşmən tapdağı altındadır. Şəhid ailəsi və evsiz olmalarına baxmayaraq, 21 ildir evlə də təmin olunmayıblar. Bununla bağlı nə Şuşa şəhər İcra Hakimiyyəti, nə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi illərdir edilən müraciətlərə də məhəl qoymayıblar. İndisə Nizami Rayon Məhkəməsinin hakimi Ramil Həsənov Fəzail Həsənovun sözü ilə ailəni daha ağır şərtlərlə cəzalandırıblar. Bu hökm şəhid Sabir Gəraylının ailəsinin kökünü qurutmaqdan başqa bir şey deyil”.
Mia.az-a verilən məlumata görə, Samirin çarəsiz qalan anası yeganə övladına belə ağır hökm verilməsinə etiraz olaraq, rəsmi qurumlara da müraciət edəcək.
Məsələ ilə bağlı hakim Ramil Həsənovdan və aparat əməkdaşı F.Həsənovdan münasibət öyrənmək mümkün olmayıb. Onları da dinləməyə hazırıq.
Mia.az
İsrail 500 fələstinlinin cəsədini təhvil verməkdən imtina edib - Onlar niyə "Rəqəmlər məzarlığı"nda saxlanılır?
Avroliqa: "Bayer" məğlubedilməzdir!
Azərbaycan nefti ucuzlaşır
Konfrans Liqası: "Olimpiakos" səfərdə ingilis komandasına dərs verdi
Fatih Ərbakan Baxçalıya belə cavab verdi: "Dədəmiz yaşındadır..."
Türkiyədən sensasiyalı qərar: İsraillə ticarət tamamilə dayandırılıb
Toy karvanında avtoxuliqanlıq edənlər saxlanılıb - FOTO
BDU: "Hazırda geomaqnit qasırğanın səviyyəsi yüksəkdir"
Lucas Hernandez AVRO-2024-də oynaya bilməyəcək
"Qalatasaray"ın canlı əfsanəsi peşman olub: "Kasilyas dedi ki, həyatımı məhv etdin..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi - FOTOLAR
Gürcüstan parlamentinin qarşısında polislə etirazçılar arasında toqquşma olub - Saxlanılanlar var
Sabiq nazirin məhkəməsində şok ifadə: "Pullar dollara çevrilir və Komitə sədrinə verilirdi..."
Nazir Vüqar Hüseynovu da yola salacaq? - KTN-nin mətbuat xidmətində yeni təyinat oldu
Ərdoğanla CHP lideri bir araya gəldi - FOTOLAR (Yenilənib)
İki bankın əmlakları satışa çıxarıldı - Bu qiymətlərə
Kafedra müdiri nazirliyə icarəyə obyekt verib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Beşiktaş" Devin Özekə rəsmi təklif göndərdi - "İki gün vaxt verin!"
Sergen Yalçın, yoxsa Barış Alper Yılmaz? - Aktrisa heç bir ilə sevgili olmadığını deyir
Ağcabədidə qətl: 32 yaşı şəxs qardaşı arvadını öldürdü
ONLARA BİRDƏFƏLİK MADDİ YARDIM VERİLƏCƏK - Sərəncam
SABİQ NAZİR REKTOR TƏYİN OLUNDU - Sərəncam
İlham Əliyev Rusiya rəsmilərini qəbul edib - FOTO (YENİLƏNİB)
"O biri dünyada bizi cənnət gözləyir" - Abdi Şərifov + VİDEO
Dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edilib
“Azərsun Holdinq”ə 25 min manatadək cərimə protokolu yazılıb
Partiya sədri: "Polislə dava etmək mənə və ya partiyama yaraşmaz"
Ərdoğan sosial mediada şou verən deputatlara "təpindi": "Gərək hər şeyi mən deyəm?!" - FOTOLAR
Dövlət Neft Fondu 623,4 milyon dollar satıb - Aprel ayı ərzində