21-11-2014 [17:42]
Doğrudur, internat məktəbinin direktoru Gülnarə Abdullayeva uşağın ciddi yanıq xəsarəti almadığını, buna görə də narahatlığa səbəb olmadığını söylədi. Hətta Təhsil Nazirliyi mətbuatı uşağın yanması hadisəsini şişirtməkdə günahlandırdı.
Bundan sonra nazirlik internat məktəbində uşaqlara göstərilən qayğıdan, rəhbərliyin ana nəvazişindən, gündə 5 dəfə yeməkdən, isti otaqlardan, keyfiyyətli tədrisdən, qısası, hər cür ideal şəraitdən ağızdolusu danışdı.
Amma hüquq müdafiəçiləri Nigar Hüseynqızı və Teymur Rzanın virtualaz.org saytının redaksiyasına həmin internat məktəbi ilə bağlı təqdim etdiyi şok effektli videoçarx bu deyilənləri yumşaq desək, təkzib edir.
Həmin görüntülər sözügedən internatda nazirliyin "bəy tərifi” vurduğu ideal şəraitdən əsər-əlamətin olmadığını bir daha təsdiqləyir. Belə ki, videodan da göründüyü kimi, uşaqlar soyuq tualetdə (hamamda, vanna otağında yox!), özü də şlanqla çimirlər. Üstəlik, uşaqları internat məktəbinin tərbiyəçiləri deyil, öz həmyaşıdları çimizdirir.
Hüquq müdafiəçisi Nigar Hüseynqızı virtualaz.org saytına bildirib ki, uşaqların qışın soyuğunda soyuq tualet otağında, özü də şlanqla çimizdirilməsi ilə bağlı fakt daxil olan kimi təhsil naziri Mikayıl Cabbarova müraciət ediblər. Lakin bu müraciət də internatdakı nöqsanlarla bağlı edilən digər şikayətlər kimi arxivə göndərilib. Çünki Təhsil Nazirliyinin bu internat məktəbinə nəzarət edən əməkdaşı uşaqların deyil, məktəb direktorlarının mənafeyini qorumaqla məşğuldur.
"İnternat məktəbindəki uşaqlardan bizə videosüjet daxil oldu. Görüntülərdə iki məktəblinin bir-birini çimizdirməsi əks olunur. Maraqlıdır ki, uşaqlar hamamda deyil, soyuq tualet otağında, üstəlik də soyuq su ilə çimirlər. İnternat məktəbində hamam olduğu halda nəyə görə uşaqlar tualet otağında, özü də soyuq su ilə çimir? Nəyə görə tərbiyəçilər olduğu halda uşaqlar bir-birilərini çimizdirir?
Təəssüf ki, bu sualların cavabını tapa bilmirik. Çünki digər internat məktəbləri kimi bu internat da qapalıdır, mətbuat nümayəndələri, hüquq müdafiəçiləri ora buraxılmır. Uşaqların soyuq otaqda, soyuq su ilə yuyunması nəticəsində onların tez-tez xəstələnməsi ilə bağlı məlumatlar alırıq. Ötən ay burda 30-a yaxın uşaq qızılcaya yoluxmuşdu. Lakin internatda baş verənlər çox gizli saxlanılır” - deyə N.Hüseynqızı bildirir.
Hüquq müdafiəçisi bu internat evində azyaşlının digər azyaşlını yandırması faktını da xatırladır: "Ötən ayın sonunda müəllim nəzarətsizliyindən bir uşaq digərini yandırmışdı. Məlumat daxil olan kimi mən, Teymur Rza və Sabunçu Rayon Polis İdarəsi 14-cü polis bölməsinin profilaktik iş üzrə müfəttişi Rafiq İsmayılov internata getdik. Biz orada olarkən Təhsil Nazirliyinin deinstitutlaşma və uşaqların müdafiəsi idarəsinin internatlar üzrə əməkdaşı Həbib Kərimov da internatda idi. Direktor Gülnarə Abdullayeva belə bir hadisənin baş vermədiyini dedi. Həbib Kərimov da internatda heç nə baş vermədiyini təsdiqlədi. Ümumiyyətlə, bizə daxil olan məlumata görə, internatda baş verənlərlə bağlı şikayətlərin ünvanına çatmamasında Həbib Kərimovun rolu böyükdür. Həbib müəllim hətta bizim internata getməyimizə əsəbiləşdi, "kim sizə icazə verib ki, internatda baş verənləri araşdırmağa çalışırsınız” dedi.
Bu internatda xüsusi qayğıya ehtiyacı olan uşaqlar qalırlar. İnternat evləri dövlətin nəzarətdədir, onlara hər il milyonlarla manat pul ayrılır. Bundan əlavə, internatlara, uşaq evlərinə yardımlar aparılır. Niyə görə 200-dən çox xəstə uşağın yaşadığı internatda hamam işləmir? Bu hamam yoxlamaya gələn qurumlara göstərmək, bəzək üçün tikilib?”
Hüquq müdafiəçisinin sözlərinə görə, uşaqların bir-birini çimizdirməsi yanlış cinsi tərbiyəyə səbəb ola bilər: "Nəzərə almırlar ki, bu uşaqların xüsusi qayğıya ehtiyacı var, onlara daha çox nəzarət edilməlidir. Amma belə hadisələrlə azyaşlıların homoseksuallığa marağı arta bilər. Ötən illərdə Mərdəkandakı internat məktəbində idman müəlliminin oğlanlara qarşı seksual xarakterli ədəbsiz hərəkətlər etməsi faktı aşkarlandı, müəllim cəzasını aldı. 16-18 yaşlı uşaq həmcinsini çimizdirirsə, heç kim burda da eyni hadisənin olmayacağına zəmanət verə bilməz”.
Nigar Hüseynqızı onu da qeyd etdi ki, internat evində baş verənlərə məktəbin əvvəlki direktoru, hazırda direktor müavini işləyən Mirvari Orucova nəzarət edir: "Mirvari Orucova ailəsi ilə birgə Ermənistandan siyası sığınacaq almış azərbaycanlı Cavid Orucovun anasıdır. Hazırda Ermənistanda yaşayan Cavid Orucov öz hərəkətləri ilə bütün dünyada Azərbaycanın imicinə zərbə vurmağa çalışır, Mirvari Orucova isə qaçqın və məcburi köçkün müəllimlərə qarşı təzyiqlər edir, oğlunun Ermənistana getməsinə haqq qazandırır.
Görəsən, öz oğlunun Ermənistanda siyasi sığınacaq almasına haqq qazandıran 68 yaşlı müəlliməyə başqalarının uşaqlarını niyə etibar edirlər? Təhsil Nazirliyi təlim-tərbiyə işləri üzrə mütəxəssis təyin edərkən dövlət maraqlarını nəzərə alırmı?”
Cavabsız suallar artdıqca isə...
P.S. Yazı çapa hazırlanarkən Teymur Rza bu internatda baş verənlərlə bağlı yeni məlumat verdi.
Hüquq müdafiəçisi virtualaz.org saytına bildirdi ki, bu gün internatın həmkarlar təşkilatının iclası keçirilib. İclasda internatla bağlı məlumatları mətbuata ötürən pedaqoq Mülkicahan Əliyeva və Təhsil Nazirliyinə şikayət edən daha iki müəllimin işdən çıxarılması məsələsinə baxılıb. Hər üç müəllim internatdakı dözülməz şəraitlə bağlı məlumatları ictimailəşdirdikləri üçün işdən azad olunub.
virtualaz.org
"Bu evlər heç bir təbii fəlakətə dözümlü deyil” - Ekspert (VİDEO)
Türkiyədə daha bir FETÖ əməliyyatı: 30 nəfər saxlanılıb
İsrail 500 fələstinlinin cəsədini təhvil verməkdən imtina edib - Onlar niyə "Rəqəmlər məzarlığı"nda saxlanılır?
Avroliqa: "Bayer" məğlubedilməzdir!
Azərbaycan nefti ucuzlaşır
Konfrans Liqası: "Olimpiakos" səfərdə ingilis komandasına dərs verdi
Fatih Ərbakan Baxçalıya belə cavab verdi: "Dədəmiz yaşındadır..."
Türkiyədən sensasiyalı qərar: İsraillə ticarət tamamilə dayandırılıb
Toy karvanında avtoxuliqanlıq edənlər saxlanılıb - FOTO
BDU: "Hazırda geomaqnit qasırğanın səviyyəsi yüksəkdir"
Lucas Hernandez AVRO-2024-də oynaya bilməyəcək
"Qalatasaray"ın canlı əfsanəsi peşman olub: "Kasilyas dedi ki, həyatımı məhv etdin..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi - FOTOLAR
Gürcüstan parlamentinin qarşısında polislə etirazçılar arasında toqquşma olub - Saxlanılanlar var
Sabiq nazirin məhkəməsində şok ifadə: "Pullar dollara çevrilir və Komitə sədrinə verilirdi..."
Nazir Vüqar Hüseynovu da yola salacaq? - KTN-nin mətbuat xidmətində yeni təyinat oldu
Ərdoğanla CHP lideri bir araya gəldi - FOTOLAR (Yenilənib)
İki bankın əmlakları satışa çıxarıldı - Bu qiymətlərə
Kafedra müdiri nazirliyə icarəyə obyekt verib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Beşiktaş" Devin Özekə rəsmi təklif göndərdi - "İki gün vaxt verin!"
Sergen Yalçın, yoxsa Barış Alper Yılmaz? - Aktrisa heç bir ilə sevgili olmadığını deyir
Ağcabədidə qətl: 32 yaşı şəxs qardaşı arvadını öldürdü
ONLARA BİRDƏFƏLİK MADDİ YARDIM VERİLƏCƏK - Sərəncam
SABİQ NAZİR REKTOR TƏYİN OLUNDU - Sərəncam
İlham Əliyev Rusiya rəsmilərini qəbul edib - FOTO (YENİLƏNİB)
"O biri dünyada bizi cənnət gözləyir" - Abdi Şərifov + VİDEO
Dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edilib
“Azərsun Holdinq”ə 25 min manatadək cərimə protokolu yazılıb
Partiya sədri: "Polislə dava etmək mənə və ya partiyama yaraşmaz"