Meksika prezidentindən DÇ-2026-ya zəmanət verdi: "Hər şey qaydasındadır"

img

25-02-2026 [08:49]


Meksika prezidenti Klaudiya Şeynbaum Halisko Yeni Nəsil Kartelinin rəhbəri və bölgənin ən güclü narkomafiyasının lideri El Mençonun öldürülməsindən sonra başlayan toqquşmalarla bağlı açıqlama verib.

Mia.az xarici mətbuata isinadla xəbər verir ki, o,  ölkə daxilində ağır nəticələrə səbəb olan toqquşmanın mövcudluğunu etiraf edib.

Lakin prezident ölkənin xaosa sürüklənmə riski olmadığını söyləyb.

Klaudiya Şeynbaum bildirib ki, ölkənin təhlükəsizlik qüvvələri həyatı normal vəziyyətə qaytarmaq üçün bütün gücləri ilə çalışır: "Biz 2026-cı il Dünya Şempionatına ev sahibliyi edəcək Qvadalaxara şəhərinin təhlükəsizliyini tam təmin edəcəyik. Bütün zəmanətlər yerindədir, heç bir risk yoxdur. Hər kəs əmin olsun ki, heç bir təhlükəsizlik riski olmayacaq. El Menço məlum olduğu kimi, çox təhlükəli fiqur idi. Onunla bağlı əməliyyatdan sonra bu hadisələr gözlənilən idi. Artıq toqquşmalar azalıb, vəziyyət qaydaya düşür..."

Xatırladaq ki, El Mençonun ölümündən sonra baş verən zorakılıqda 25 təhlükəsizlik işçisi də daxil olmaqla 73 nəfər ölüb.

Onu da qeyd edək ki, yayda futbol üzrə Dünya Çempionatının bəzi oyunları bu ölkədə keçiriləcək. 

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA