"İndi mənə müğənni deyəndə utanıram" - Firuzə İbadova

img

24-02-2026 [16:17]


Əməkdar artist Firuzə İbadova "müğənni" adından utandığını deyib.

Mia.az Axşam.az-a istinadla xəbər verir ki, ifaçı bu haqda "İncə səhər" verilişində deyib. O bildirib ki, son günlər müğənnilik peşəsini ucuzlaşdırıblar:

"Səhnədə olan insanın sütunu olmalıdır. Səhnədə görünməlidir. Müğənni sözü nədir? Səs, ifa edərkən səs qulağına gözəl dəyməlidir. Müğənni böyük səlahiyyət daşıyır. O adı qazanmaq üçün nə qədər işləməlidir. Danışıq səsi başqadır. Bu sözü bizə Şövkət Ələkbərova deyirdi: Səs tellərində qiymətli metal olanda ifa edə bilərsən. İndi müğənni adı ucuzlaşıb. İndi mənə müğənni deyəndə utanıram".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA