İcra başçısından şok qərar - 43 əməkdaş vəzifədən azad edilib

img

24-02-2026 [15:30]


Tovuz Rayon İcra Hakimiyyətinin 43 əməkdaşı vəzifəsindən azad edilib.

Mia.az Oxu.az-a istinadla xəbər verir ki, icra hakimiyyətində aparılan struktur dəyişikliyi ilə əlaqədar həmin şəxslərin dövlət qulluğuna xitam verilib.

Bu barədə icra başçısı Məmməd Məmmədov sərəncam imzalayıb.

Sərəncama əsasən, icra hakimiyyətinin həmin əməkdaşları işlərini itiriblər. İşlərini itirənlər əsasən kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini, nümayəndəliyinin baş məsləhətçi - baş mühasibi və sürücü vəzifələrində çalışanlar olublar.

Məlumata görə, icra hakimiyyətində aparılan struktur dəyişikliyi ilə əlaqədar ümumilikdə 48 ştat ləğv edilib. Həmin şəxslərdən 5 nəfər adıçəkilən qurumun aidiyyəti bölmələrində işlə təmin olunsalar da, 43 nəfər işsiz qalıb. Həmin şəxslər rayon icra hakimiyyətində sərəncama götürülüblər.

Qeyd edək ki, bundan əvvəl Ağsu Rayon İcra Hakimiyyətinin 14 əməkdaşı vəzifəsindən azad edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA