BİR SƏFİRİN FƏDAKARLIĞI: və ya 4 il əvvəl başlayan müharibənin amansız üzü... - VİDEO

img

24-02-2026 [16:56]


Bu gün Rusiyanın Ukraynaya hücumunun 4-cü ildönümüdür.

Mia.az xəbər verir ki, 4 il əvvəl bu gün Rusiya prezidenti Putin televiziya ilə yayımlanan müraciətində Ukraynada “xüsusi hərbi əməliyyat”a başlanılmasını elan edib.

O vaxtdan iki ölkə arasında aktiv davam edən müharibədə minlərlə insan həlak olub və ya yaralanıblar.

Məlumat üçün qeyd edək ki, müharibənin ilk vaxtında Azərbaycan dövlətinin Moldovadakı Səfirliyinin üzərinə böyük yük - soydaşlarımızn təhlükəsizliyi və onların təxliyə prosesi düşüb. 

Elə Moldovadakı o vaxtı səfirimiz Qüdsi Osmanovun (Hazırda Rumıniyada səfirdir - Mia.az) azərbaycanlıların təxliyəsindəki böyük fədakarlığı yaddaşlardan silinməyib.

Mia.az xəbər verir ki, səfir Qüdsi Osmanovun o zamankı fədakarlığı barədə şair Yasin Seyid Feysbuk-da maraqlı videofakt paylaşıb.

Həmin videoda səfirin körpə uşağı qucağına alaraq təxliyəyə birbaşa necə kömək etməsi, onun Azərbaycan Prezidenti İlham Əliyevin hər kəsin arxasında necə dayanmasına əminlik yaradan sözlərini ürəkdən söyləməsi diqqətdən qaçmır...

F.ƏHMƏD

MİA.AZ

  VIDEO: 

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA