Türkiyə yığmasının baş məşqçisi: "Qalatasaray"ın üstünlüyü var, amma..."

img

24-02-2026 [16:42]


"Dünya Çempionatına getmək üçün əlimizdən gələni edəcəyik".

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri Türkiyənin futbol üzrə yığmasının baş məşqçisi Montella "TuttoSport"a müsahibəsində deyib.

O, Türkiyə futbolunun inkişafda olduğunu iddia edib: "İndi gənc oyunçulara həqiqətən dəyər verilir. Məslən,  Barış Alper Yılmaz və Semih Kılıçsoyu xüsusi olaraq qeyd etməliyəm. Türk futbolunda yeni ulduzlar ortaya çıxmaqdadır. Hazırda yayda başyacaq Dünya Çempionatına vəsiqə qazanmaq üçün Rumıniya ilə matçda əlimizdən gələni edəcəyik. Diqqətimiz pley-off mərhələsidir".

Kenan Yıldızın artıq təcrübəli futbolçu olduğunu da sözlərinə əlavə edən italiyalı məşqçi deyib ki, o, "Yuventus"da daha çox irəli gedəcək.

Təcrübəli məqşçi Şempionlar liqasında 5-2 hesablı qələbənn revanşında sabah "Yuventus"la qarşılaşacaq "Qalatasaray"ın  şansını da dəyərləndirib: "Futbol həmişə gözlənilməzliklə zəngin olur. Əlbəttə, "Qalatasaray"ın üstünlüyü var, amma bu, üstünlük onları aldatmamalıdır...

Fərid ASLAN

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA