İsrail və Livan sərhədçiləri atışıb

img

24-02-2026 [20:04]


Bu gün İsrail ordusu Livanın cənubundakı hərbi müşahidə məntəqəsini atəşə tutub.

Mia.az xarici mətbuata isinadla xəbər verir ki, Livan ordusu cavab tədbirləri görüb.

Livan ordusundan bildirilib ki, israillilər Mərcayun şəhərinin Serde bölgəsində sərhəd xəttində qurulan müşahidə məntəqəsi və ətrafındakı ərazilərə davamlı atəş açıblar: "Bununla yanaşı, İsrailə məxsus pilotsuz təyyarə ərazidə aşağı hündürlükdə uçub və təhdidedici elanlar səpip. Bundan sonra Livan ordusu həminəraziyə əlavə qüvvələr göndərib və atəş mənbələrinə cavab verilməsi əmr edilib..."

Məlumatda döyüşdə itkilər barədə  məlumat verilməyib.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA