SAHİBKARLIQ SAHƏSİNDƏ YOXLAMA: daha bir il qadağan olunacaq

img

23-01-2026 [11:54]


Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasının müddətinin 2027-ci il yanvarın 1-nə qədər uzadılması nəzərdə tutulur.

Mia.az xəbər verir ki, bu, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Sənəd Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə olunub.

Qeyd edilib ki, ölkədə sahibkarlığın inkişafının stimullaşdırılması məqsədi ilə 2015-ci il noyabrın 1-dən yoxlamalar (qanunun 2.1-ci maddəsində göstərilən yoxlamalar istisna olmaqla) dayandırılıb. Təklif olunan qanun layihəsi həmin müddətin daha bir il uzadılmasını nəzərdə tutur.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA