Türkiyə Mərkəzi Bankının ehtiyatı rekord yenilədi - 200 milyard dolları aşdı

img

22-01-2026 [16:40]


Türkiyə Mərkəzi Bankının ümumi ehtiyatları ilk dəfə tarixi rekordu yeniləyib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki,  bu barədə Mərkəzi Bank həfətlik hesabat açıqlayıb

Hesabata əsasən, son bir həftədə Mərkəzi Bankın ümumi ehtiyatları tarixdə ilk də 205 milyard 177 milyon dollarlıq rekord həddə yüksəlib: "Beləliklə, Mərkəzi Bankın ümumi ehtiyatları əvvəlki həftə ilə müqayisədə 9,102 milyard dollar artaraq 196,075 milyard dollardan 205,177 milyard dollara yüksəlib".

Məlumata görə, bu dövrdə qızıl ehtiyatları da 4 milyard 294 milyon dollar artaraq 116 milyard 728 milyon dollardan 121 milyard 22 milyon dollara çatıb.

Xəzinədarlıq və Maliyyə naziri Mehmet Şimşek bu tarixi hadisəni belə qeyd edib: "Ehtiyatlarımız tarixi bir zirvədədir. Tətbiq etdiyimiz proqram sayəsində ümumi ehtiyatlar təxminən 107 milyard dollar artaraq 205,2 milyard dollara çatıb. Svoplar xaric xalis ehtiyatlarda artım 139,3 milyard dollar olub.Beynəlxalq standartlara uyğun olaraq ehtiyat adekvatlığını təmin etdik. Eyni zamanda, 143 milyard dollarlıq şərti öhdəlikdən çıxış prosesini uğurla başa çatdırırıq..."

Lamiyə Əhmədli

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA