"Xəzər Dəniz Gəmiçiliyi"ndə dəyişikliyə start verildi - Yeni sədr rəisi yola saldı

img

22-01-2026 [15:18]


"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" (ASCO) Qapalı Səhmdar Cəmiyyəti (QSC) İdarə Heyətinin yeni sədri Əfqan Cəlilov qurumda kadr islahatlarına başlayıb.

Mia.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, Əfqan Cəlilovun əmri ilə "ASCO Nəqliyyat" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) rəisi Sabir Həsən oğlu Hüseynov vəzifəsindən azad olunub.

Onun yerinə hələlik təyinat yoxdur.

Qeyd edək ki, Sabir Hüseynov ASCO İdarə Heyətinin sabiq sədri Rauf Vəliyevin ən yaxın adamı hesab olunurdu. O, 2018-ci ildən sözügedən quruma rəhbərlik edirdi. "ASCO Mühafizə" və "ASCO Logistics" kimi qurumlar "ASCO Nəqliyyat" MMC-nin tərkibində fəaliyyət göstərir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA