Qurban Qurbanov: "Vallahi, heç düz-əməlli eşitmədim, nə dedi mənə" - VİDEO

img

22-01-2026 [09:29]


"Ayntraxt" üzərində qələbədən sonra keçirilən mətbuat konfransında "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov mia.az-ın əməkdaşının sualına cavab verib.

O bildirib ki, Elvin Cəfərquliyevdə son vaxtlarda daha ciddi və intizamlı oyun müşahidə edir və bunu futbolçunun təkmilləşdirilməsində mühüm hesab edib: 

- Qurban müəllim, oyunun sonunda Elvin Cəfərquliyev qaçaraq sizin boynunuza sarıldı və qulağınıza nəsə pıçıldadı. Siz də ona nəsə dediniz. Sirr deyilsə, deyə bilərsinizmi, nə danışdınız öz aranızda?

- Vallahi, heç düz-əməlli eşitmədim, nə dedi mənə (Gülür-Z.M.), elə siz demişkən, nəsə pıçıldadı qulağıma. 
Sözün düzü, son vaxtlarda Elvini bir az çox sıxırdım, danlayırdım. Ümumən baxanda, söhbət təkcə bu oyundan getmir, təbii ki, mənə görə, bu günki oyun Elvinin ən intizamlı, təcrübəli ilk oyunu idi. Çünki biz həmişə Elvində müdafiədə çoxlu səhvlər görürdük, yaxud hücumda iştirak edəndən sonra müdafiəyə ləng qayıtmağını müşahidə edirdik. Mən həmişə ona deyirdim ki, kənardan baxanda bu, məsuliyyətsizlik kimi qəbul edilir. Bu gün onu tamamilə təcrübəli futbolçu kimi gördüm. Mən əslində onu həmişə anlayırdım, çünki o, sadəcə gücünü düzgün bölüşdürə bilmirdi.

Elvin o qədər cəsarətli hücuma gedir ki, onu oyun boyunca bütün hücum epizodlarında görmək olar. Ümumiyyətlə, sağ-sol müdafiəçilərinin üzərinə böyük məsuliyyət düşür. Elvin bunları nəzərə aldığı üçün axır vaxtlarda məşqlərdə bir az razıydım ondan. Yəqin bütün bunlara görə, məni bayaq qucaqladı.

Zülfiyyə Mustafayeva

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA