"Qalatasaray"ın baş məşqçisi: "1/8 finala vəsiqə qazanmaq üçün mübarizə aparacağıq"

img

22-01-2026 [10:01]


"Qalatasaray"ın baş məşqçisi Okan Buruk UEFA Çempionlar Liqasında İspaniyanın "Atletiko Madrid" komandası ilə 1-1 hesablı oyunan sonra jurnalsistlərin suallarını cavablandırıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, matçdsan və futbolçularının mübarizəsindən razı qaldığını bildirib.

Okan Burk bildirib ki, qarşıdakı son turda daha çətin rəqib olan "Mançester Siti" ilə səfər oyununda 1/8 finala vəsiqə qazanmaq üçün mübarizə aparacaqlar: "Bizim üçün bu oyunda bir xal belə ilk 24-lükdə yer almaq və 16-lığa yüksəlmək üçün çox vacib idi. Matçın son dəqiqəsində yaranmış fürsəti qola çevirə bilsəydik, çox əla olacaqdı. Təəssüf ki, bundan yararlana bilmədik. Oyunçularımızın oyunundan və mübarizəsindən məmnunam. Onlara təşəkkür edirəm. Bundan sonra qarşımızda "Mançester Siti ilə səfər oyunumuz var. 1/8 finala vəsiqə qazanmaq üçün mübarizə aparacağıq"

Fərid ASLAN

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA