“Mənə dedilər ki, Röya xanım sildirib" - Niyaməddin Musayevin qızı ilə qohumu arasında qalmaqal yarandı (VİDEO)
21-01-2026 [16:35]
Xalq artisti Niyaməddin Musayevin qızı Röya ilə müğənni Təranə Qumralın qızı Qumral arasında müəllif hüquqları zəminində gərginlik yaşanıb.
Məsələ “Tarixin bir günü” verilişində müzakirə olunub.
Qumral iddia edib ki, ifa etdiyi “Dünya sənin, dünya mənim” mahnısı Röya tərəfindən yutub platformasından sildirilib.
Qumral bildirib ki, bu addım onu təəccübləndirib və Röyadan məsələyə dair cavab ala bilməyib. Onun sözlərinə görə, mahnını ifa edərkən hər hansı pis niyyəti olmayıb və bu məsələdə haqsızlığa məruz qaldığını düşünür: “Mənə dedilər ki, Röya xanım sildirib, biz onunla yaxın olmuşuq, çörək kəsmişik. Ona yazdım, məni bloka atdı. Mənə də maraqlıdır ki, niyə mən? Mən də əziyyət çəkirəm”.
Məsələyə münasibət bildirən Röya isə Qumralın ona müraciət etmədiyini deyib və yaranan vəziyyətin qalmaqal kimi təqdim olunmasına etiraz edib. O bildirib ki, atasının mahnıları ilə bağlı müəllif hüquqları ona məxsusdur və icazəsiz, üstəlik mətndə səhvlə ifa olunan mahnının yayımda qalmasına razılıq verə bilməz:
“O mənə heç nə yazmayıb. Xahiş edirəm, bu cür qalmaqallara sövq etməsinlər. Bunu özümə də, atama da sığışdırmıram. Atama dedim ki, əgər bu söhbət açılsa, efiri tərk et. Atamla dünən bu barədə iki saat danışmışıq. Qumralın çıxışına baxdım, atama dedim ki, icazə verməyəcəyəm. Mahnıda “cütlənmiş” əvəzinə “cütləşmiş” dediyi üçün bunu etmişəm. O xanım mahnıya görə ümumiyyətlə icazə almayıb. Müəllif hüquqları qorunur. İcazə alınmalıdır”.
Xalq artisti Niyaməddin Musayev də mövzuya münasibət bildirərək qeyd edib ki, mahnıdakı səhv düzəldilərsə, ifaya icazə verilə bilər. O, əsərlərinin müəllif hüquqlarının qızı tərəfindən qorunduğunu təsdiqləyib.
Qeyd edək ki, N. Musayev Təranə Qumralın həyat yoldaşı Musa Musayevin əmisidir. Uzun illərdir ailə münasibətləri gərgin olduğu üçün tərəflər küsülüdürlər.
qafqazinfo
""Emruz" və "Ştutqart" mağazalar şəbəkəsini mən qurdum, dayım əlimdən aldı" - Keçmiş deputatla bacısı oğlu üz-üzə gəldi
Qanında narkotik çıxan aktrisa sükutu pozdu: "Görüntüsü yayılan maddə mənə məxsus deyil"
"Azərşəkər"in rəhbərliyi hakim qarşısına çıxarıldı
İcra başçının müavini ərizə yazıb, lakin...
Sərnişinin pulunu oğurlayan avtobus sürücüsü saxlanılıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Zakir Fərəcov "alma ovu"na çıxan məmuru danladı
Ağcabədidə keçmiş məhkum 10 kiloqram narkotiklə saxlanılıb
İsrail hərbçiləri fələstinlilərin maşınlaırnı yandırıb
“Mənə dedilər ki, Röya xanım sildirib" - Niyaməddin Musayevin qızı ilə qohumu arasında qalmaqal yarandı (VİDEO)
Türkiyəni Sülh Komitəsində kim təmsil edəcək? - Ərdoğandan açıqlama
Prokurorluqda geniş əməliyyat müşavirəsi keçirilib
"Qalatasaray" "Napoli"nin oyunusu ilə anlaşıb
"Fənərbağça"nın baş məşqçisi: "Səbrsizliklə gözləyirik"
"Fənərbağça" məşhur futbolçusunu satdı
Dərnəgüldə obyektdəki yanğın söndürüldü - Açıqlamalar (YENİLƏNİR)
Texniki Universitet reytinq cədvəlində irəliləyib
“Abituriyent” jurnalının xüsusi buraxılışı nəşr olunub
İkinci neft bumu və ya İlham Əliyev nəyə işarə edir? - TƏHLİL
PENSİYALAR ARTIRILACAQ - 53 manat...
"Əvvəlki toylar, qazanc da yoxdur, artıq..." - Nadir Qafarzadə
Vidadi Zeynalovun milyonluq əmlakları satışa çıxarılır - SİYAHI
Pentaqon NATO-da əsgər sayını azaldacaq - Qərar verilib
Deputat: ""Əmək pensiyaları” haqqında Qanunda dəyişikliyə baxılsın"
“Nar” hər kəs üçün bərabər xidmət mühitini gücləndirir
SOCAR-ın bankında dəyişiklik - Yeni sədr kimdir?
XANKƏNDİ ŞƏHƏRİNƏ İLK KÖÇ OLDU (YENİLƏNİB)
Əmək Məcəlləsinə dəyişiklik təklif edilir - Detallar
Ərdoğan partiya sədri ilə görüşəcək
Azərbaycanın Sülh Şurasına təsisçi üzv olmasında - ÜÇ MÜHİM MƏQAM
Sabah hava necə olacaq? - Proqnoz
Tramp və İlham Əliyev bir-birlərinə məktub göndərib - MƏTN
Çempionlar Liqası: “Qarabağ”ın oyununa 26 mindən çox bilet satılıb
"SOCAR Türkiyə" daha bir əməkdaşlıq sazişi imzalayıb - Açıqlamalar
Səfər Əbiyev jurnalistə hirsləndi: "Ay kişi, nə istəyirsən?"
Bakıda quldurluq və oğurluq edən şəxslər saxlanılıblar - VİDEO
Dünya geridönməz su problemiylə üz-üzə: bir paytaxt susuz qalacaq, digəri isə sürətlə çökür... - BMT həyəcan təbili çaldı, çıxış yolu göstərdi
Departament rəhbəri vəzifədən azad olunub
"Evimdə də çətirim olmayıb və hazırda da yoxdur" - İsa Həbibbəyli
Hərbi xidmətdən möhlət hüququ verilən şəxslərin ölkədən çıxışına qadağa qoyula bilər - Dövlət Xidmətindən elə açıqlama verildi ki...
Azərbaycan Dəmir Yolları stansiyalarının plarformalarında təhlükəli vəziyyət yaranıb
Türkiyə-ABŞ-Suriya üçbucağında PKK-nın taleyi - TƏHLİL
Bölgələrə qar yağır - SİYAHI