"Əvvəlki toylar, qazanc da yoxdur, artıq..." - Nadir Qafarzadə

"Əvvəlki toylar, qazanc da yoxdur, artıq..." - Nadir Qafarzadə 

ŞOU-BİZNES

21.01.2026, 15:05

"Əvvəlki toylar, qazanc da yoxdur, artıq gənclər minimal, yığcam formada toy etmək istəyir”.

Mia.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında müğənni Nadir Qafarzadə toylardakı vəziyyətdən bəhs edərkən deyib.

O bildirib ki, Azərbaycanın müxtəlif toy adətləri var: “Bir çox adətlərimiz kimi təəssüf ki, toy adətlərimiz də cılızlaşır, kiçilir. Bəlkə oxucular fikirləşəcək ki, bu mənə sərf etmir deyə deyirəm. Şükür, acından ölmürük. Hamı necə, biz də elə... Şikayətçi deyilik. Gənclər yenə məclisləri öz istədikləri kimi təşkil etsinlər. Əvvəlki toylar, əvvəlki pullar da yoxdur, heç olmayacaq da. Süfrədə çörəyin necə qırıntısı qalırsa, bu məsələ də elədir. Çörəyin özü qalmayıb”.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR