Azərbaycan Dəmir Yolları stansiyalarının plarformalarında təhlükəli vəziyyət yaranıb

img

21-01-2026 [10:56]


Azərbaycan Dəmir Yolları stansiyalarının plarformalarında acınacaqlı və təhlükəli vəziyyət yaranıb.

Mia.az Tribuna.az-a istinadla xəbər verir ki, dünəndən başlayan qar və şaxtalı hava səbəbindən stanasyalarda platformaların yeri sürüşkən vəziyyət alıb. Mərmərdən olan döşəmələrdə nəinki gəzmək, sabit dayanmaq da müşkül məsələyə çevrilib.

Səhər saatlarından platformalar qar və buzdan təmizlənməyib, sərnişinlərin sürüşməməsi üçün hansısa tədbir görülməyib.

Bu cür vəziyyətdə sərnişinlər yıxıla, ciddi xəsarət ala, hətta qatar yoluna düşə bilərlər.

Görünür, ADY rəhbərliyi belə təhlükəni nəzərə almayıb ya da platformalarla maraqlanmaq yadlarına da düşməyib.

img img

Digər xəbərlər
SON XƏBƏRLƏR
09:16 21.01.2026

Ağsuda zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA