SOCAR-ın bankında dəyişiklik - Yeni sədr kimdir?

img

21-01-2026 [14:11]


SOCRA-Aa məxsus olan "Azər-Türk Bank" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağının qərarı ilə Bankın İdarə Heyətinin (İH) üzvü Günel Nəbiyeva sədr təyin edilib.

Mia.az xəbər verir ki, Günel Nəbiyeva 2005-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bakalavr, 2008-ci ildə isə magistr pilləsində bitirib.

O, bank sektorunda 15 ildən artıq təcrübəyə malikdir, 2006-cı ildən "Unibank" ASC-də, ləğv edilmiş Maliyyə Bazarlarına Nəzarət Palatasında müxtəlif rəhbər vəzifələr tutub, 2020-ci ildən Azərbaycan İnvestisiya Holdinqində (AİH) Baş hüquq inzibatçısı və digər rəhbər vəzifələrdə çalışıb, 2022-2025-ci illərdə "Azər-Türk Bank"ın Müşahidə Şurasının tərkibində yer alıb, 2025-ci ilin dekabr ayından İH-nin üzvü seçilib.

G.Nəbiyeva AİH-dəki fəaliyyəti dövründə ölkə Prezidentinin müvafiq sərəncamları ilə "Bakı Metropoliteni" QSC-nin və "BakuBus" MMC-nin Müşahidə Şuralarının üzvü təyin edilib.

Xatırladaq ki, "Azər-Türk Bank" ASC 1995-ci ildə yaradılıb. Bankın səhmlərinin 51 %-i Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR), 24 %-i Azərbaycan hökuməti adından çıxış edən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, 12,37 %-i Türkiyənin "Zıraat Bank"ına, 1,08 %-i "Zıraat Bank İnternational"a, 6,55 %-i "AzRe Təkrarsığorta" ASC-yə, 5 %-i isə "Qala Həyat Sığorta" ASC-yə məxsusdur.

***

"Azər-Türk Bank" ASC 2025-ci ili 10,131 milyon manat xalis mənfəətlə başa vurub.

Mia.az Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqqayisədə 52,5 % və yaxud təxminən 2 dəfə azdır.

Ötən il "Azər-Türk Bank"ın gəlirləri 165,089 milyon manat (əvvəlki ilə nisbətən 12,7 % çox), xərcləri 143,184 milyon manat (25,2 % çox), xüsusi ehtiyatlara ayırmaları 8,285 milyon manat (65,1 % çox), mənfəət vergisi ödəmələri isə 3,49 milyon manat (39,8 % az) təşkil edib.

Bu il yanvarın 1-nə "Azər-Türk Bank"ın aktivləri 2 milyard 188,501 milyon manat olub ki, bu da illik müqayisədə 5 % çoxdur. Bunun 767,925 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 2,6 % kiçilib.

Hesabat dövründə "Azər-Türk Bank"ın öhdəlikləri 4,7 % artaraq 2 milyard 71,053 milyon manata, o cümlədən depozit portfeli 6,5 % artaraq 1 milyard 554,18 milyon manata, balans kapitalı isə 10 % artaraq 117,448 milyon manata, o cümlədən nizamnamə kapitalı 2 dəfə artaraq 100,5 milyon manata çatıb.

Xatırladaq ki, "Azər-Türk Bank" ASC 1995-ci ildə yaradılıb. Bankın səhmlərinin 51 %-i Dövlət Neft Şirkətinə (SOCAR), 24%-i Azərbaycan hökuməti adından çıxış edən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, 12,37%-i Türkiyənin "Zıraat Bank"ına, 1,08%-i "Zıraat Bank İnternational"a, 6,55%-i "AzRe Təkrarsığorta" ASC-yə, 5%-i isə "Qala Həyat Sığorta" ASC-yə məxsusdur(Report)).

Mia.az xatırladaq ki, bank birbaşa SOCAR tərəfindən idarə olnur. SOCAR-ın iki vitse-prezidenti Bankın Müşahidə Şurasının üzvüdür, bir çox əməkdaşları isə banka transfer ediliblər. Lakin görünən odur ki, Rövşən Nəcəəfin bank sektorundakı fəaliyyəti uğurlu olmayıb...


Digər xəbərlər
SON XƏBƏRLƏR
09:16 21.01.2026

Ağsuda zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA