Bakıda bu ərazilərdə işıq müvəqqəti olmayacaq

img

22-01-2026 [10:56]


Xəzər rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

Mia.az xəbər verir ki, bununla bağlı “Azərişıq” ASC məlumat yayıb.

Bildirilib ki, bu gün Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində təmir işləri həyata keçiriləcək.

Bununla əlaqədar olaraq saat 11:00-dan 14:00-dək Binə qəsəbəsi Binə Atçılıq yaşayış massivi, Buzovna qəsəbəsi Məmməd Hüseyn, Qasım bəy Zakir, Sabir Ələkbərov, Hüseyn Allahverdiyev, Əziz Məmmədov, Şəhid İbarət Məmmədov, Abşeron küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA