Hərbi xidmətdən möhlət hüququ verilən şəxslərin ölkədən çıxışına qadağa qoyula bilər - Dövlət Xidmətindən elə açıqlama verildi ki...

img

21-01-2026 [11:08]


Hərbi xidmətdən möhlət hüququ verilən vaxtın başa çatmasına az qalan şəxslərin ölkədən çıxışına məhdudiyyət qoyula bilər.

Mia.az-ın məlumatına görə, bu barədə Report0unun son zamanlar müxtəlif xəstəliklər səbəbindən hərbi xidmətdən möhlət hüququ alanların təkrar müayinədən keçməli olması ilə bağlı yayılan məlumatlar haqqında sorğusuna cavabında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov deyib.

Şöbə rəisi qeyd edib ki, hərbi xidmətdən möhlət hüququ olan istənilən şəxs möhlət hüququ sona çatdıqdan sonra qeydiyyatda olduğu şöbəyə yaxınlaşmalı və müvafiq proseduralardan keçməlidir: "Sağlamlıq durumu, ailə vəziyyəti və digər səbəblərdən hərbi xidmətdən möhləti hüququ olan vətəndaşlar möhlət vaxtı bitdikdə mütləq qaydada qeydiyyatda olduqları struktur bölməmizə yaxınlaşmalıdırlar və bunu görə birbaşa özləri məsuliyyət daşıyır".

O bildirib ki, möhlət hüququnun sona çatmaq müddəti həm vətəndaşın hərbi biletində qeyd olunur, həm də bu barədə onun "MyGov" tətbiqində olan şəxsi kabinetinə bildiriş göndərilir.

 "Bəzən olur ki, vətəndaş buna riayət etmir və nəticədə onun ölkədən çıxışına məhdudiyyət qoyulur, inzibati qaydada cərimələnir, hətta cinayət təqibinə cəlb oluna bilər. Ona görə də bu halların baş verməməsi üçün qeyd olunan kateqoriyadan olan vətəndaşlara müraciət edərək bildirmək istərdik ki, mütləq qaydada hərbi biletlərində olan qeydlərə diqqət yetirsinlər və ya "MyGov" tətbiqini yükləyərək bildirişlər vasitəsilə məlumatlar alıb, vaxtında qeydiyyatda olduqları struktur bölməmizə yaxınlaşsınlar",- deyə şöbə rəisi qeyd edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
09:16 21.01.2026

Ağsuda zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA