İlham Əliyev "Zayed İnsan Qardaşlığı Mükafatı" ilə bağlı nümayəndə heyətini qəbul edib
21-01-2026 [10:17]
Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 9-da Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalamı, "Zayed İnsan Qardaşlığı Mükafatı"nın münsiflər heyətinin üzvləri - Avropa İttifaqı Şurasının sabiq Prezidenti Şarl Mişeli və Afrika İttifaqı Komissiyasının sabiq sədri Musa Fakini qəbul edib.
Mia.az həmin görüşdən hazırlanan materialı təqdim edir.
Azərbaycana həmişə məmnunluqla səfər etdiklərini deyən qonaqlar qəbula görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Onlar 2026-cı il üzrə "Zayed İnsan Qardaşlığı Mükafatı"nın Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsi ilə bağlı göstərdiyi səylərə görə Prezident İlham Əliyevə təqdim olunacağını bildirərək, bu il fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə mükafatın təntənəli təqdimat mərasiminin keçiriləcəyini dedilər, həmin tədbirdə fəxri qonaq qismində iştirak üçün dəvət məktubunu Prezident İlham Əliyevə təqdim etməkdən şərəf hissi duyduqlarını vurğuladılar.
Qeyd olundu ki, "Zayed İnsan Qardaşlığı Mükafatı" Müsəlman Ağsaqqalları Şurasının sədri, Əl-Əzhər Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyib və mərhum Roma Papası Fransisk tərəfindən imzalanmış sənəd əsasında təsis olunub və Birləşmiş Ərəb Əmirliklərinin qurucusu, sabiq Prezidenti Şeyx Zayed bin Sultan Al Nəhyanın humanitar irsini və dəyərlərini təşviq edir. Dövlətimizin başçısının bu mükafata layiq görülməsi, eyni zamanda, Müsəlman Ağsaqqalları Şurasının sədri, Əl-Əzhər Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyibin, Roma Papası XIV Leonun və münsiflər heyətinin Azərbaycan Prezidentinin sülhün bərqərar olunması istiqamətində fəaliyyətinə verdikləri qiymətin təcəssümü kimi dəyərləndirildi.
"Zayed İnsan Qardaşlığı Mükafatı"nın münsiflər heyətinin üzvlərinin ötən il dünya üzrə bütün sülh modellərinin araşdırılmasından sonra Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin modelinin münaqişə və müharibə olan digər bölgələrdə də tətbiqi üçün gözəl nümunə olması barədə qərarın qəbul edildiyi bildirildi.
Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalam: Münsiflər heyətinin adından demək istərdim ki, sülh sazişi üzrə uğurun əldə olunması üçün Zati-alinizin gördüyü işlər bizim hamımızı ruhlandırır və dünyanın müxtəlif yerlərində mövcud münaqişə bölgələri üçün sülhün möhtəşəm bir nümunəsidir.
Biz və bütün dünya bunu dəyərlər baxımından yüksək qiymətləndiririk, çünki dünyanın həqiqətən buna ehtiyacı var. Həmin mükafatın Sizə təqdim edilməsi sazişin sülh, barışıq və regional sabitliyin bərqərar edilməsi baxımından əhəmiyyətini göstərir. Cənab Prezident, Sizə həqiqətən təşəkkürümüzü bildiririk.
"Zayed İnsan Qardaşlığı Mükafatı"nın münsiflər heyətinin üzvü, Avropa İttifaqı Şurasının sabiq Prezidenti Şarl Mişel: Hesab edirəm ki, Sizin Ermənistanla birgə icra etdiyiniz sülh razılaşması dünya ölkələri üçün çox güclü bir siqnaldır. Yəni çətinliklərə, keçmiş və indiki iztirablara baxmayaraq, gələcəyə kiçik də olsa, nikbinliklə və ümidlə baxmaq üçün ortaq iradə var. Bu da bizim təşviq və müdafiə etmək istədiyimiz dəyərlərə bağlıdır. Çünki biz hesab edirik ki, bu dəyərlər gələcəkdə daha çox təşviq olunmalıdır. Bir daha qeyd etmək istəyirəm, biz Sizin liderliyinizi, bu sülh razılaşmasını təqdir edirik. Mükafatla bağlı verdiyimiz qərarla biz bu sülh razılaşmasının reallığa çevrilməsi üçün Sizin göstərdiyiniz bütün səylərə dəstək olduğumuzu nümayiş etdirmək, region və Cənubi Qafqaz, həmçinin daha geniş bölgə üçün müsbət ümidlər və perspektivlər arzulamaq istəyirik.
"Zayed İnsan Qardaşlığı Mükafatı"nın münsiflər heyətinin üzvü, Afrika İttifaqı Komissiyasının sabiq sədri Musa Faki: Düşünürəm ki, sülh və sabitlik çox zəruridir. Fikrimcə, baxışlarınız və rəhbərlik keyfiyyətləriniz çox yüksək dəyərləndirilir. Münsiflər heyətinin üzvü kimi Sizi təbrik etmək istəyirəm və görüşümüzdə iştirak etmək üçün razılıq verdiyinizə, bütün dünyaya və region xalqlarına sülhün və cəsarətin nədən ibarət olduğunu göstərdiyinizə görə minnətdaram. Qeyd etdiyiniz kimi, son vaxtlara qədər qətl və qan tökülməsi müşahidə olunurdu. Lakin indi irəliyə doğru getmək, sülhü və sabitliyi bərqərar etmək cəsarətini nümayiş etdirdiniz. Zati-aliləri, təbrik edirəm.
x x x
Xoş sözlərə və dəvətə, həmçinin regionda sülhün bərqərar olunması istiqamətində Azərbaycanın səylərinin yüksək qiymətləndirilməsinə görə münsiflər heyətinə minnətdarlığını ifadə edən dövlətimizin başçısı dəvəti məmnunluqla qəbul etdiyini vurğuladı.
Sülhün regional sabitlik və firavanlıq baxımından önəminə toxunan Prezident İlham Əliyev dedi ki, işğal zamanı xalqımızın üzləşdiyi əziyyətlərə, verdiyi qurbanlara baxmayaraq, Azərbaycan dayanıqlı sülhün bərqərar olunması üçün güclü siyasi iradə nümayiş etdirib. Prezident İlham Əliyev sülh razılaşmasının məhz Azərbaycan tərəfindən hazırlanaraq Ermənistana təqdim olunduğunu və bu istiqamətdə səylərin davam etdiriləcəyini diqqətə çatdırdı.
Prezident İlham Əliyev: "Sizin də düzgün qeyd etdiyiniz kimi, sülh bütün regiona sabitlik və firavanlıq gətirəcək. Yaxın keçmişə nəzər salsaq, bizim məsələmizin bir növ nadir olduğunu görərik. Yaxın keçmiş deyərkən, son onilliyi nəzərdə tuturam. Son qanlı döyüşlərdən sülhə gedən yol iki il zaman apardı. Əziyyətə və qurbanlara baxmayaraq, biz sülhün birdəfəlik bərqərar olunması üçün güclü siyasi iradə nümayiş etdirdik və artıq bunun bəhrəsini görürük".
Dövlətimizin başçısı cəmi beş ildir sülh şəraitində yaşadığımızı qeyd edərək vurğuladı ki, son aylar sülh artıq ticarət sahəsi də daxil olmaqla, praktik müstəviyə keçib. Azərbaycan Prezidenti bu xüsusda 2025-ci il avqustun 8-də Vaşinqton görüşündə sülh gündəliyi ilə bağlı əldə olunmuş razılaşmaların tarixi əhəmiyyətini qeyd etdi, bu məsələdə ABŞ Prezidenti Donald Trampın səylərini yüksək qiymətləndirdi.
Prezident İlham Əliyev: "Sülh şəraitində yaşamağa öyrəşirik. İnanın mənə, bu, xoş hissdir. Hiss edirsiniz ki, müharibə artıq yoxdur, əlavə qurbanlar yoxdur, qan artıq tökülmür. Siz xalq, ölkə və inkişaf, rifah, sabitlik üçün daha çox işlər görə bilərsiniz. Yenə də düşünürəm ki, Azərbaycan ilə Ermənistan arasında əldə olunmuş razılaşma və bu cür mötəbər şəxslərdən ibarət qrupun verdiyi qiymət həqiqətən göstərir ki, sülhə nail olmaq üçün sizdə güclü siyasi iradə lazımdır. Bunu ürəkdən arzulamalısınız. Bunu sözdə yox, əməldə etməlisiniz. Bu cür səylər dəyərləndirildiyi halda Siz daha da həvəslənirsiniz və qlobal xəritədə insanların hələ də müharibədə öldüyü digər yerlərə də sülh mesajını verirsiniz".
"Zayed İnsan Qardaşlığı Mükafatı"ndan danışan dövlətimizin başçısı bildirdi ki, mərhum Şeyx Zayed bin Sultan Al Nəhyanın xatirəsinə dünyada böyük rəğbət bəslənilir. Prezident İlham Əliyev, eyni zamanda, onun xələfi, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla qardaşlıq münasibətlərinin olduğunu qeyd etdi. Bu xüsusda dövlətimizin başçısı mükafata layiq görülməsinin onun üçün ikiqat şərəf olduğunu dedi. Prezident İlham Əliyev regionda sülh gündəliyi ilə bağlı əldə olunmuş nailiyyətlərə göstərdikləri dəstəyə və onun fəaliyyətinə verdikləri qiymətə görə, həmçinin Müsəlman Ağsaqqalları Şurasının sədri, Əl-Əzhər Şərifin şeyxinə və Roma Papasına minnətdarlığını çatdırmağı xahiş etdi.
Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
MHP lideri: "Türkiyə ilə İranı üz-üzə gətirmək istəyənlər var"
Konfrans Liqası: türk klubu doğma meydanında uduzdu
İran XİN sözçüsü: "Elə bir şəkildə onları cəzalandırmalıyıq ki..."
Laricani Trampa belə mesaj verdi: "Səhvinizin bədəlini ödəyənə qədər sizi rahat buraxmayacağıq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
BƏƏ Müdafiə Nazirliyi: "İrandan atılan 10 ballistik raket və 26 PUA zərərsizləşdirilib"
Tarif Şurası dərmanlarla bağlı qərar verdi
Mauro İkardi "Qalatasaray" azarkeşlərini qəzəbləndirdi - Səbəb
Hakan Fidan Almaniya XİN başçısı ilə görüşdə İranın parçalanma planından danışdı, sərt xəbərdarlıq etdi: "Xəyala qapılmayın, hər ssenariyə hazırıq"
Ramazanın 23-cü gününün duası: imsak və iftar vaxtı
İranın yeni lideri xalqa müraciət etdi, yeni mesajlar verdi - "Hazırkı sarsılmaz birliyimizi qorumalıyıq"
Binəli Yıldırım: BMT son illər dünyada baş verən müharibələrin həlli üçün ortaya uğurlu iş qoya bilməyib
Əli Əsədov Timor-Leste Prezidenti ilə görüşüb
Maştağada gölü qanunsuz dolduran şəxs həbs olunub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Fuad Babayev yenə müşavir təyin edildi - Bu dəfə fərqli qurumda
ALİ MƏHKƏMƏ AD HÜQUQİ BARƏDƏ YENİ QƏRAR VERDİ - İzah
BMT: Yaxın Şərqdəki gərginlik səbəbindən 3 milyondan çox İran sakini evlərini tərk edib
İLKİN HƏRBİ QEYDİYYATLA BAĞLI YENİ QAYDA TƏSDİQLƏNDİ
İsrail Ordusu Beyrutda SEPAH komandirini öldürüb
XIII Qlobal Bakı Forumu: Prezident tədbirdə çıxış edib - TAM MƏTN + FOTOLAR (Yenilənib)
Fransa Mərkəzi Bankının sədri: "Heç pulumuz qalmadı"
Nazir Vilayət Eyvazov: "Daxili Qoşunlar dövlətçiliyin dayaqlarından birinə çevrilib" - VİDEO
Vəkil Kamran Əsədovun həbsdən azad edilməsini istədi, hakim "yox" dedi - Ekspertin məhkəməsi
İsrail Livanı bombaladı - 15 nəfər öldü
Premyer Liqasında XXIV turun oyunlarına təyinatlar açıqlanıb
Avroviziya mahnısı qalmaqal yaratdı - Təsadüf yoxsa plagiat? (VİDEO)
Daha bir sahə üzrə cərimələr tətbiq olunacaq
Şöbə müdiri müşavir təyin edildi
İran İsrailə yeni raketlər fırladıb
Sabah hava necə olacaq? - Proqnoz
Türkiyənın başına 20 milyon qoyduğu şəxs nazir müavini təyin edildi - Suriyada + FOTOLAR
İlham Əliyevdən bahalaşan neft və qazın qiymətiylə bağlı - Açıqlama
Müşavirin maşınından 45 min manat oğurlanıb
Konqoda mədən çökdü: ölənlər var
Qlobal böhran fonunda Azərbaycan yüksəlir - TƏHLİL
İlham Əliyev: "Bu, beynəlxalq nizamın əsaslarını sarsıdır"
Bakıda yarıçılpaq gəzən qadın xəstəxanaya yerləşdirilib
TRAMP İRANDA REJİM DƏYİŞİKLİYİ GÖZLƏYİR: "Bir saata məhv edə bilərik və onu yenidən 25 ilə qura bilməzlər"
Gəncədə kişi qətlə yetirildi - 17 yaşlı oğlu tutuldu
Bazar günü 62 mindən çox şagird üçün buraxılış imtahanı keçiriləcək