Hamlet İsaxanlının qızı prorektor təyin edilib

img

20-01-2026 [20:04]


Xəzər Universitetinə yeni prorektor təyin edilib.

Mia.az xəbər verir ki, məlumat “Qafqazinfo”ya universitetin mətbuat xidmətindən təsdiq olunub.

Bildirilib ki, Ülkər İsayeva Xəzər Universitetinin Elmi işləri üzrə prorektoru vəzifəsinə təyin olunub.

Ülkər İsayeva bundan əvvəl universitetin İnsan resursları departamentinin rəhbəri vəzifəsində çalışıb.

Xatırladaq ki, Ülkər İsayeva Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlının qızıdır. 

Qeyd edək ki, bu barədə ilk məlumatı “Oxu24.com” saytı yayıb.

Yeri gəlmişkən, ötən ilin sentyabrında İqtisadiyyat və menecment fakültəsinin dekanı Raziyə İsayeva universitetin rektoru təyin edilib.

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
23:47 19.01.2026

Astarada zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA