Suriya hökuməti ilə YPG razılaşdı: kürd silahlıları Hələbdən çıxır (FOTO)

img

09-01-2026 [11:51]


Suriya hökumətinin YPG terror təşkilatı üzvlərinin Hələbi tərk etmələri üçünn verdiyi vaxt uzadılıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, ABŞ-ın tərəflərlə apardığı danışıqlardan sonra YPG qüvvələri Hələbdəki mövqelərindən Fərat çayının şərqinə çəkilməyə razılaşıb.

Məlumata görə, YPG silahlıları yaxın saatlarda açılan keçidlə təhlükəsiz formada Hələbi tərk edəcək: "Artıq Hələbi tərk etməsi gözlənilən terror təşkilatı üzvlərini daşıyacaq çoxlu avtobuslar Leramun qovşağında toplanmağa başlayıb".

Məlumatda o da qeyd edilib ki, Hələbdəki dövlət qurumları sakinlərə xidmət göstərmək üçün Əşrəfiyyə və Şeyx Məqsud məhəllələrinə girməyə hazırlaşır: "Terror təşkilatı tərəfindən küçələrdə xeyli partlayıcı maddələr və minalardan ibarət tələə qurmaları ehtimalı var. Bu səbəbdən şəhər yoxlamadan keçirildikdən sonra  sakinlərin evlərinə qayıtmalarına icazə veriləcək. Suriya administrasiyası sakinlərə təlimatlara əməl etmələri və evlərinə tələsməmələri barədə xəbərdarlıq edib".

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:03 09.01.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA